main-post-cover

    Facebook Messenger\'ə yeni funksiya əlavə olundu

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook'un mesajlaşma servisi Facebook Messenger'ə Spotify butonu da əlavə olundu.
     
    Facebook Messenger'ə yeni funksiya əlavə olundu


    Artıq, musiqi dinləmək üçün radio və musiqi kanalları əvəzinə YouTube və Spotify kimi servislərə üstünlük verilir. Belə halları nəzərə alan Facebook , Messenger servisinə Spotify butonunu da əlavə edərək istifadəçilər arasında musiqi paylaşımına şərait yaratmağa başlayıb.
     
    Facebook Messenger'ə yeni funksiya əlavə olundu


    İlk olaraq beta istifadəçilərinə gələn bu funksiya qısa vaxt ərzində digər Facebook Messenger istifadəçilərinə də gələcək. Sistem isə çox sadədir: Normalda yazı yazdığınız yerin üstünde olan şəkil əlavə etmək, emosiya ya da sticker göndərmək butonlarının sağında artıq bir də Spotify logosu var. Bu logoya toxunduqda Spotify'ın axtarış ekranı gəlir və istədiyiniz musiqini seçib, dinləməsi üçün dostunuza göndərə bilərsiniz. Mobil versiyada birbaşa Spotify tətbiqi ilə ortaq işləyən sistem PC'də də birbaşa olaraq Spotify tətbiqinə uyğun işləyir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər