main-post-cover

    Facebook Messenger\'ə əla xüsusiyyətlər əlavə olundu.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook'un Messenger platformasının məsul şəxsi David Marcus, tətbiqə gələn yeni xüsusiyyətlər haqqında danışıb.

     
    WhatsApp'ı aldıqdan sonra tətbiq üzərində daim yeniliklər edən facebook messenger'i də yaddan çıxarmır. Facebook Messenger'in rəhbəri David Marcus, Facebook profilindən verdiyi açıqlamada tətbiqə gələn yeniliklərdən danışıb.
     
     
    Facebook messenger'in 900 milyon aktiv istifadəçisinin olduğunu qeyd edən Marcus, tətbiqin şirkətlər və brendlər üçün çox önəmli olduğunu vurğulayıb. Yeniliklər barəsində isə Marcus qeyd edib ki, artıq istifadəçilər messengerdə özlərinə xüsusi ad (username) seçə biləcəklər. "m.me/[istifədçi adınız]" (indi istifadə etdiyiniz adınızı yazacaqsınız) yazaraq özümüzə xüsusi bir link formalaşdıra biləcəmizi qeyd edib. Bu linkə daxil olduqda isə istəyənlər sizə birbaşa mesaj yaza biləcəklər. Nümunə: m.me/pardashunas 


    Bundan əlavə SnapChat istifadəçilərinin yaxından tanıdığı QR kod xüsusiyyəti Facebook messenger'ə də gəldi. Bu xüsusiyyət vasitəsilə profil şəkilinizi QR kod kimi oxutduğunuzda qarşı tərəfin sizlə əlaqə qurmasını asanlaşdıracaqsınız. 

    Qısacası gələn hər iki xüsusiyyət insanların biribiriylə olan əlaqəsini daha rahat səviyyəyə gətirməyə yönəlib. Elə Mark Zuckerberg'in hər dəfə dediyi kimi: "Məqsədimiz insanların biribirilərilə daha rahat ünsiyyət qurmasıdır"
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər