"Sosial messengerlər artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilib. Onlardan biri və ən geniş yayılanı Facebook Messengerdir. Aylıq istifadəçi sayı 900 milyonu ötən bu tətbiqin 7 bilmədiyiniz yönü haqqında sizlərə məqalə hazırlamaq qərarına gəldik.
1. Facebook akkountu olmadan Messengerdən istifadə
Siz proqramı yükləməklə yaxud www.messenger.com saytına daxil olmaqla telefon nömrənizlə asanlıqla qeydiyyatdan keçə bilər və messengerdən istifadə edə bilərsiniz
2. Botlar
Son zamanlara botlar diqqət mərkəzindədir. Mark onların bu məhşurluğundan istifadə edib onları Messengerə əlavə etdi. Bəzi məhşur botları diqqətinizə çatdırırq:
- CNN - İngilis dilində son xəbərlər
- Poncho - Hava haqqında məlumat
- Dropbox - Şəxsi hesabınıza şəkillərin avtomatik göndərilməsi
Bütün botların siyahısını buradan baxa bilərsiniz.
3. Əlavə tətbiqlərdən istifadə
Mesajlarınızı rəngləndirmək üçün 40 çox əlavə tətbiqdən istifadə edə bilərsiniz
4. Basketbol oyunu:
Tərəf müqabilinizə basketbol topunun smaylını göndərin və oyuna başlayın
5. Şahmat oyunu:
Tərəf müqabilinizə @fbchess play göndərməklə oyuna başlamaq olar.
6. Mesaj rənglərinin dəyişdirilməsi:
Danışdığınız adamın adının üstünə tıklayaraq ona özəl rəngi və emojini seçə bilərsiniz.
7. Böyük Like
Like düyməsinin üstünə basıb saxlamaqla onun ölçüsünü istəyə uyğun dəyişə bilərsiniz