Facebook milyarderlərinin həyatı.

Facebook milyarderlərinin həyatı.

Sosial Media
08.05.2017 PAYLAŞIM

Heç düşünmüsünüzmü ki, Facebook ilk qurulanda onun ortaqlarından olan, o vaxtı çox dəyərli olmasa belə bu gün milyonlar sahibi insanlar indi nə edirlər? Necə yaşayırlar həyatlarını?



Eduardo Saverin

Facebookun qurucularından olan, ancaq daha sonra Mark Zuckerberg ilə gizli bir məhkəmə razılığına imza atan Saverin, 2012 ilindən bu yana öz Velos Partners maddi dəstək şirkəti vasitəsilə texnologiya şirkətlərinə dəstək olur.

Tam sərvəti: 5,4 milyard dollar.


Chris Hughes

Facebook’dan sonra medya və siyasətə maraq salan Hughes, 2008 ilində Barack Obama\'nın dijital kompaniyasında strategiya məsləhətçisi kimi işləyib. Yaxın keçmişdə Amerikanın ən vacib siyasi xəbər şirkətlərindən olan New Republic\'in böyük bir hissəsini alan Hughes, əvvəlki New York millət vəkili namizədi Sean Eldridge ilə evlənib.

Tam sərvəti: 850 milyon dollar.


Dustin Moskovitz

2008-ci ildə Facebook’dan ayrılan Moskovitz, proyekt idarə etmə köməkçisi Asana’yı qurdu. Şirkəttəki öz arvadı ilə birlikdə idarə etdikləri Good Ventres vəqfi də öz işinə davam edir. Öz pulu haqqında isə "Bu pul bizə yox, xalqa məxsusdur. Mən və arvadım bu pulu sadəcə idarə edirik” deyir.

Tam sərvəti: 9,1 milyard dollar.


Sean Parker

Bir çox şirkətdə maddi dəstəkci rolu olan Parker, 2014 ilində Brigade Media şirkətini yaradıb. Ondan sonra isə imkansız insanlar üçün xeyriyyə şirkəti Parker Foundation’a 600 milyon dollar bağışladığını qeyd edən Parker, insanlara kömək olan işlərini davam etdirir.

Tam sərvəti: 2,8 milyard dollar.


Sheryl Sandberg

Facebookun idarə heyyətinə daxil olan ilk qadınlardan olan Sandberg, Facebook’da COO-luq vəzifəsinə davam edir. Bir neçə ay öncə isə ani olaraq rəhmətə gedən əri David Goldberg’in CEO-su olduğu SurveyMonkey şirkətinin idarə heyyətinə daxil olub.

Tam sərvəti: 1,2 milyard dollar.


Yuri Milner

Facebook’un ilk dəstəkçilərindən olan Milner, həmçinin Digital Sky Technologies şirkətinin qurucusudur. Əlindəki Facebook hissələrinin hamısını 2013 və 2014 illərində satdıqdan sonra öz diqqətini Çin sektoruna yönəldib. Alibaba və Xiaomi kimi məşhur şirkətlərdə hissə sahibidir. Həmçinin Twitter, Spotify və Airbnb kimi şirkətlərin də ilk dəstəkçilərindəndir.

Tam sərvəti: 3,3 milyard dollar.


Peter Thiel

Facebook’un ən birinci maddi dəstəkçilərindən olan Thiel, hələ də şirkətin idarə heyyətindədir. Əlindəki şirkət hissələrini 2012-ci ildə satan Thiel bu işdən 1 milyarddan çox gəlir əldə etdiyini qeyd edir. 100 min dollarlıq bir fond ilə məktəbdən ayrılıb girişimci olmaq istəyən və yaxşı fikirlərə sahib universitet şagirdləri üçün axtarışını davam etdirir.

Tam sərvəti: 2,2 milyard dollar.


Mark Zuckerberg

Deyiləcək çox söz yoxdur, Facebook’un ilk yaradıcılarından olan Zuckerberg hələ də şirkətin CEO-su vəzifəsində işləməyə davam edir.

Tam sərvəti: 38,6 milyard dollar.





DAHA ÇOX


Whatsapp 'a çoxdandır gözlənilən yenilik gəldi

Facebook’un artıq tamamilə ödənişsiz olaraq təqdim etdiyi mesajlaşma platforması WhatsApp, önəmli ..


Whatsapp Beta proqramını başlatdı

Whatsapp Facebook\'un digər proqramları olan Messenger, İnstagram kimi rəsmi olaraq beta proqramları..


Instagram iki pilləli təhlükəsizlik sisteminə keçdi

Facebook’un sahibi olduğu populyar foto-sosial şəbəkə olan Instagram, nəhayət iki pilləli təsdiqlə..


Facebook Messenger 'ə möhtəşəm yeniliklər gəlir!

Facebook’un uzun zamandır ayrı olaraq istifadə etdiyimiz populyar mesajlaşma servisi Messen..


İnstagrama multiple hesab dəstəyi gəldi!

Facebook’un sahibi olduğu populyar foto-sosial şəbəkəsi Instagram, multiple hesab dəstəyi haqqında r..


Instagram 'a çox yaxında bir neçə hesab özəlliyi gələcək!

Sosial mediyanın nəhəngi olan Facebook’un sahibi olduğu populyar platformalardan Instagram, ən çox t..

×