Reklam
Facebook niyə işçilərini iphone əvəzinə android işlətmələrini istəyir?

Facebook niyə işçilərini iphone əvəzinə android işlətmələrini istəyir?

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Facebook yaxın günlərdə öz yeni qaydaları ilə işçilərini və istifadəçiləri xeyli təəccübləndirdi. Yeni qaydaların əsas mahiyyəti mövcud şərait və situasiyanın daha yaxşı öyrənilməsinə yönəlib. Qeyd etmək lazımdır ki bu qaydalar sərt qaydalar da adlandırılır. İndi isə görək bu qaydalar niyə belə sərt adlanır.

 


Yeni sərt və ciddi qaydalardan biri işçilərin ( bütün sahələrin yox, müəyyən sahələrin) "2G" şəbəkəsi işlətmələridir. Facebook işçilərinin daha operativ və məsuliyyətli işləməsi üçün bu yola əl atıb, çünki dünyanın digər hissələri - Afrika,Okeaniya, Hindistanın bir hissəsi və digər zəif inkişaf etmiş ölkələr hələ də "2G" işlədir və böyük əraziləri əhatə edir. İşçilərin bu şərtlərlə işləməsi onlara həmin şəraiti xatırladacaq və daha da təkmilləşməyə məcbur edəcək.

 



Son vaxtlar digər yeni qaydaların gəlməsi ilə gündəmə düşən Facebook\'da keçən həftənin Cümə günündə bildirildi ki, hər bir işçi iphone işlətməkdən uzaqlaşmalıdır. Ağlınızda bəzi tipik suallar yarandı. Çox güman ki, fikirləşirsiniz Facebook Apple\'a qarşıdı - xeyr. Onda fikirləşə bilərsiniz Facebook Google ilə əməkdaşlığa hazırlaşır - yenə də xeyr. Cavab Facebook\'un əsas mütəxəssizlərindən olan Chris Cox\'un Wired.com saytına verdiyi izahdır. " Bu qayda milyonlarla Facebook istifadəçilərini analiz etdikdən sonra verilib. Belə ki istifadə edənlərin 75% Android işlədir. Buna görə də bu ciddi qaydanı tətbiq edirik"

 
Chris Cox həmçinin qeyd edir ki, işçilər istifadəçilər ilə  android sistemi işlərməklə, onlarla eyni yaşam stilini yaşayacaqlar və bu da gündəlik üzləşdiyimiz problemləri, boşluqları daha tez və effektiv həll olunmasına şərait yaradacaq.
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Facebook 'un qadağan olduğu ölkələr və səbəbləri

Facebook\'un qadağan olduğu ölkələr və səbəbləri     Bu gün sosial şəbəkəl..

×