main-post-cover

    Facebook öz istifadəçilərinə qida, qalmaq üçün yer və s. kimi köməkliklər təklif edəcək

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook sosial şəbəkəsi öz Safety Check servisinə yeni imkanlar əlavə edib.

    Belə ki, sosial şəbəkə, istifadəçilərinin təhlükəsizliyi haqqında bildiriş göndərən Safety Check servisi bundan sonra təbii fəlakətdən zərər çəkmiş insanlara qida, gecələmək üçün yer, nəqliyyat və s. resurslar təklif edəcək. Yenilənmə, Safety Check servisinə əlavə kateqoriyalar səhifəsini daxil edib. Həmin kateqoriyalar yaxınlıqda olan istifadəçilər tərəfindən təklif olunur. Təklifi qəbul etmək üçün isə istifadəçilərin bir-biriləri ilə Facebook Messenger vasitəsilə əlaqə qurmaları kifayət edir. Yeni funksiya hələki, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Hindistan və Səudiyyə Ərəbistanda aktivdir. Sözügedən yenilik təbii fəlakət zamanı zərər çəkmiş insanlar üçün nəzərdə tutulub. Community Help özəlliyinin digər ölkələrdə də istifadəyə verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, Safety Chek funksiyası, 2013-cü ildə "Facebook”un keçirtdiyi Hackhaton-da yaradılmışdı. Funksiya, geolokasiya özəlliyi ilə sinxronlaşdırılıb və bu funksiya sayəsində təbii fəlakət olmuş əraziyə yaxın istifadəçiyə, özünün təhlükəsizlikdə olduğu barədə məlumat verməyə imkan yaradır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər