"Facebook" öz layihəsini təkmilləşdirmək üçün The Eye Tribe adlı startapı aldı
Digər
07.05.2017
Farid Pardashunas
"Facebook”, insan baxışlarını izləyən texnologiyaüzərində çalışan The Eye Tribe adlı startapı alıb.
Məlumata əsasən çox güman ki, startap, Oculus VR cihazının təkmilləşdirilməsi
üzərində çalışacaq. Müqavilənin maliyyə tərəfi isə hələki açıqlanmır. Qeyd etmək
lazımdır ki, The Eye Tribe 99$ qiymətində insan baxışını izləmə texnologiyalı
cihaz və ona müvafiq smartfonlar üçün tətbiq hazırlamışdır. Bundan əlavə olaraq
startap, VR sistemlərə, hesablama gücünü saxlayaraq insanın yalnız baxdığı
istiqamətin yüksək keyfiyyətdə təqdim olunması texnologiyasını yaratmışdır. Bu
ilin Fevral ayında "Facebook”, internet mühitdə və sosial şəbəkələrdə 3D
virtual reallıq texnoloji layihəsinin hazırlandığını elan etmişdi. Sözügedən
layihə, Oculus VR ilə birlikdə hazırlanır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ