main-post-cover

    Facebook rəylərinə "bomba" kimi yenilik gəldi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Dünyanın ən böyük sosial şəbəkəsi olan facebook-da artıq paylaşımlarının altına "video-rəy" edə biləcəksiniz.

    Kifayət qədər vaxtımızı aparan işlərdən biri də, facebook-da olan paylaşımların altına yazılan rəyləri oxumaq idi. Bu vərdişi betər həddə çatdıracaq bir yeniliyi facebook bugünlərdə aktiv etdi. Yenilənmə ilə birlikdə artıq facebook paylaşımlarına video rəy etmək mümkün olacaq. Beləcə siz artıq facebook paylaşımlarının altında rəyləri oxumaqla yanaşı videolara da baxa biləcəksiniz. Əvvəl yalnız şəkil rəylərinin mümkün olduğu bu platformada artıq video rəylər də mümkün olacaq. Facebook tərəfindən bununla bağlı rəsmi açıqlama olmasa da, artıq video rəy funksiyası aktiv haldadır. İstifadəsi çox rahat olan bu funksiya ənənəvi olaraq facebook rəylərində şəkil yaxud video əlavə et bölməsindədir. Uzun-uzun rəy yazmaqdan bezmisinizsə videonuzu çəkib rəy kimi yerləşdirin.


    Linki kopyala