
"Facebook" səhmdarları Mark Zuckerberg-i məhkəməyə verdilər
Sosial Media
07.05.2017
Farid Pardashunas
"Facebook” CEO-su Mark Zuckerberg, şirkət üstündəki idarəetməni itirmədən öz səhmlərini satmağın yollarını axtarır.
O, bunu ABŞ hökümətində vacib yer tutmaq üçün edir. Bu barədə
nüfuzlu Bloomberg portalı məqalə hazırlayıb. Portal bildirib ki, o, Mark
Zuckerberg ilə şirkətin direktorlar şurasının üzvü Marc Andreessen arasındakı
ismarıcı ələ keçirdib. "Technote.az"ın "Bloomberg"ə istinadən verdiyi xəbərə əsasən Mark Zuckerberg, səhmləri 3 növə bölməyi təklif
edib. Onlardan biri, sahibə səsvermə hüququ verəcək, digər ikisi isə verməyəcək.
Direktorlar şurasının üzvləri hesab ediblər ki, beləliklə Mark, şirkətdəki
nüfuzunu artırmaq istəyir. Məhz bu səbəbdən onlar Markı məhkəməyə veriblər.
İttihamda qeyd olunub ki, guya Marc Andreessen, "Facebook”
CEO-na daxili məlumatlar bildirərək komitetin digər üzlərinə təzyiq
göstərməkdə Mark-a köməklik edib. Zuckerberg-in özü isə bildirib ki, səhmlərin
yeni növləri, şirkət üzərində idarəetməni itirmədən özünün Chan-Zuckerberg
Initiative adlı xeyriyyə fondunun dəstəklənməsi üçün vəsaitlərin toplanması
baxımından lazımdır. Bununla belə jurnalistlərin aldıqları məlumata əsasən Mark
Zuckerberg ilə Marc Andreessen arasında olmuş söhbətdə ikinci tərəf Mark-a bildirib
ki, əgər o hökümətdə yer tutsa onda "Facebook”la vidalaşmalı olacaq.
Linki kopyala
Həftənin xəbərləri

