Facebook Şəkillərinizi Silməyə Başladı

Facebook Şəkillərinizi Silməyə Başladı

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 
 

Dünyanın ən çox istifadə olunan sosial şəbəkəsi facebook varlığından özünüzün belə xəbəriniz olmadığı şəkilləri silməyə başlayır.

Facebook, yadınızdadırsa 2012-ci ildə "telefondan sinxronizasiya" adı altında bir funkisya ilə telefonunuzda olan şəkilləri profilinizə gizli bir şəkildə yükləməyi təmin edən imkan yaratmışdı. Daha sonra həmin bu funksiyadan istifadə edən istifadəçilərə bu haqda geri bildiriş göndərilərək, həmin şəkillərin yenidən yüklənməsi haqqında xəbərdarlıq edilmişdi. İndi ki, halda isə facebook həmin bildirişlərə reaksiya verməyən və facebook-a gizli olaraq sinxronizasiya etdiyi şəkilləri geri yükləməyən istifadəçilərin şəkillərinin silinməsi prosesinə başlayır. 7 iyul 2016-ci il tarixinə qədər bu prosesin başlanması planlaşdırılır. 
 
The Independent-də yer alan məlumata görə facebook-un bu qərarı almasının əsas səbəbi 2015-ci ildə təqdim etdiyi yeni xüsusiyyət "anlar" adlı özəllikdir.


"Anlar" xüsusiyyəti vasitəsilə siz köhnə şəkillərinizi sinxronizasiya etmədən facebook-un təklifləri vasitəsilə paylaşa bilirsiniz. Bu xususiyyət sizin köhnə şəkillərinizi yaşadığınız ana uyğun paylaşmağa imkan yaradır. İndi isə artıq facebook yen bir qərar alıb. Artıq bu xususiyyət yeni bir tətbiqdə yeni imkanlarla birləşir. "Moments" adlı bu tətqbiqin köməyi ilə istədiyiniz vaxt anlarınızı bölüşə biləcəksiniz. Bu yenilənmə ilə facebook-un gizli şəkilləri silməsi barədə istifadəçilərə bildirişin göndərib, göndərməyəcəyi ilə bağlı məlumat isə yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×