Facebook , Snapchat la mübarizəni davam etdirmək üçün yeni startap aldı

08.05.2017 0 PAYLAŞIM 5301 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"Facebook "un "Snapchat "la rəqabəti bitmək bilmir. Belə ki, Zuckerberq bu dəfə də Snapchat-la oxşar xüsusiyyəti daşıyan startapı alıb.

Zuckerberq Snapchat-da olan bütün xüsusiyyətləri Facebook-a daşımaqda iddialıdır. Belə demək mümkünsə Mark istifadəçilərini Snapchat-a vermək niyyətində deyil. Ona görə də Snapchat-da olan xüsusiyyətlər Facebook-da yer almaqda davam edir.


Artıq Facebook-da da üz animasiyaları yer ala bilər

Snapchat-ın məşhur üz animasiyaları xüsussiyyətini Facebook-da tətbiq etmək istəyən Mark bunun üçün FacioMetrics adlı startapı alıb. Bu startap qrupu üz tanıma texnologiyası üzərində işlər aparmaqdadır.

 

Hətta "Facebook " nümayəndələri canlı videolar üzərindən daha inkişaf etmiş analizlər edərək çox əyləncəli və daha əvvəl görülməmiş videolar da təqdim edəcəklərini bildiriblər. Qeyd edək ki, bir müddət əvvəl "Facebook " media nəhəngi, MSQRD-ni almışdı. Bu alqı-satqının da məqsədi üz dəyişdirmə funksiyası ilə əlaqədar idi.