

Bu mövzuda qəti bir addım atmaq istəyən "Facebook", "Steam"ə rəqib ola biləcəyi yeni bir oyun platforması hazırlamağa başlayır. Bu platforma barədə "Facebook"un arxasındakı güc isə "Unity" olacaq.
Standart Facebook oyunların yanında iOS və Android üçün oyunların da mövcud olacağı platformada, "Unity" vasitəsi ilə, "Steam"də görməyə alışdığımız yüksək keyfiyyətli oyunları da görə biləcəyik. Fərqli kateqoriyalarda bir çox oyunların mövcud olacağı platformanın ən böyük xüsusiyyəti və rəqiblərə görə üstünlüyü isə proqramçılara açıq olmasıdır. Belə ki, proqramçılar həm "Facebook"un, həm də "Unity"nin oyun hazırlama vasitələrindən istifadə edərək platforma üçün 2D, 3D, VR ya da AR dəstəkli öz oyunlarını hazırlaya biləcəklər.
Steam-ə yeni ödəmə üsulu gəlir
Bugündən başlayaraq 31 avqusta qədər developerlər platformanın alfa versiyasına qoşularaq Unity 5.4 ilə oyun hazırlama təcrübəsi yaşaya biləcəklər. Platformanın tam olaraq nə vaxt hazır olacağı barədə dəqiq bir məlumat yoxdur.
Şərh yoxdur