Facebook TV gəlir
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook TV üçün geri sayım başladı.
Televizorlar və Apple
TV kimi digər cihazlar üçün video əsaslı yeni bir tətbiq hazırladığı bildirilən Facebook, istifadəçilərin daha çox
video məzmunlardan istifadə etməsini istəyir.
Video reklamlar üçün yeni və heç
olmadığı qədər iddialı bir platforma hazırlayan Facebook, öz orginal məzmunlarının
da istehsalına başlaya bilər.
Mobil TV
Wall Street Journal-ın mövzuya yaxın mənbələrə əsasən
paylaşdığı xəbərə görə, Facebook, reklam gəlirlərinin yavaşlamadan artmağa
davam etməsi üçün video əsaslı bir sosial şəbəkəyə çevrilir. Xəbərdən başa
düşülən, Facebookun bu günə qədər etdiyi video yeniliklərinin buzdağının sadəcə
görünən tərəfi olduğudur. 2015-ci ildə video yeniliklərinə ağırlıq verməyə
başlayan Facebook üçün video, keçdiyimiz il o qədər vacib hala gəldi ki, bəzi
işçiləri platformanı "mobil TV” deyə adlandırmağa başladı. İstifadəçilərə ilk mərhələdə
istədikləri videonu izlətdirən və yeni videolar təqdim edən Facebook, qısa bir
müddət əvvəl canlı video xüsusiyyətini aktiv etdi; indi isə sıra yüksək keyfiyyətli
məzmunlara gəlib çıxdı.
Mobildən video üstünlüklü sosial şəbəkəyə
Yüksək keyfiyyətli video məzmunları, TV bənzəri, 10 dəqiqədən
uzun orginal məzmunları əhatə edir. Bunlar ssenarili verilişlər, idman ya da əyləncə
məzmunlarını əhatə edir. Facebook ilə bağlı keçən ilin axrına doğru, orginal məzmunlara
maddi dəstək göstərəcəyi ya da satın alacağı barədə xəbərlər eşitməyə
başlamağımız da bu inkişafı təsdiqləyir. Facebookun yeni video planları ilə
bağlı orginal məzmun prosesi, şirkətin Qlobal Strategiyalar Departamentinin rəhbəri
Ricky Van Veen tərəfindən idarə edilir. Van Veen, Facebook-a məşhur
CollegeHumor saytından transfer olmuşdu.
Xəbərə görə Facebookun video əsaslı hala gəlmə
prosedurunda, video, şirkətin bütün məhsul və servislərinə inteqrasiya
edilir.Facebook, keçən həftə Instagram Stories-ə oxşar bir məhsul üzərində
testlərə başlamışdı. Instagram Stories daxil şirkətin Snapchat klonlama cəhdləri
video istifadəsini artırmağa istiqamətlənmiş bir metod axtarışıdır. Facebook 90
saniyə və üzəri uzunluqdakı videoları xəbər lentində irəli çıxararaq, video
reklamların da daha çox izlənməsinə şərait yaradacağa oxşayır.
Video, bütün Facebook məhsullarına inteqrasiya edilir
Video reklamlar mövzusunda, yaxın zamanda video ortasında
görünən reklamları təqdim edən Facebook, bunları hələki canlı yayımlar üçün
istifadə edir ancaq bu formatın bütün videolara tətbiq olunması gözlənilir. TV
yayımlarını xatırladan reklam formatı, bir videonun ən az 20 saniyə izlənməsi
halında 15 saniyəlik video reklamlar göstərilməsinə şərait yaradır. Facebook,
YouTube-dan fərqli olaraq videodan əvvəl göstərilən reklamlara qarşıdır.
Facebookun yeni video mərkəzli tətbiqi, orginal və
premium video məzmunlarına ev sahibliyi edəcək. Facebook, bunun üçün produserlərlə
görüşməyə davam edir.
Dünya üzrə reklam xərcləmələrinin statistikalarına
baxsaq, rəqəmsalın bu il ilk dəfə TV reklam xərcləmələrini geridə qoyması gözlənilir.
Yəni TV, hələ də rəqəmsalın qarşısında yıxılmamış son qalanı təmsil edir.
Facebookun yeni video tətbiqi, bu qalanı içdən fəthetmək üçün ilk və ən vacib
addımdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)