Facebook-un başı WhatsApp-a görə bəladadır
Sosial Media
07.05.2017
Farid Pardashunas
Avropa Komissiyası, Facebook-un, WhatsApp-ı alarkən bəzi məlumatları gizlətdiyi iddia edir.
Hal-hazırda ən çox istifadə olunan və həmçinin
sərfəli hesab olunan WhatsApp tətbiqi 2014-cü ildə Facebook tərəfindən 22
milyard dollara alınmışdı. Lakin şirkət tətbiqi alarkən WhatsApp istifadəçilərinin
məlumatlarının iki şirkət arasında paylaşılacağını Avropa Komissiyasından gizləyiblər.
Xatırladaq ki, AB, Avropada fəaliyyət göstərən böyük şirkətlərin birləşməsi və
alınması ilə bağlı məsələlərə nəzarət edən qurumdur. Bu ilin avqust ayında WhatsApp
istifadəçilərinin şəxsi məlumatlarının Facebook-la paylaşılacağı bildirildi.
Bu isə Avropa Komissiyasının bildirdiyinə
görə AB-dən gizlədilib. Yəni iddialar arasında yer almayıb. Facebook nümayəndələri
isə mövzu ilə bağlı hələ ki, heç bir açıqlama verməyib. Facebook-un bu
iddialara 2017-ci il 31 yanvar tarixinədək cavab verməsi gözlənilir. Əgər
Facebook lazimi açıqlama verməsə onda təqribən 170 milyon dollar cəza məbləği
ödəməli olacaq.
AB-nin siyasət işləri üzrə nümayəndəsi Margrethe Vestagerin
sözlərinə görə Facebook, WhatsApp-ı alarkən komissiyaya səhv və ya yanıldıcı məlumat
verib. Buna görə də Facebook bu iddialara cavab verməlidir deyə bildirib.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ