Facebook-un mobil versiyasına yeni maraqlı funksiya gəlir

Facebook-un mobil versiyasına yeni maraqlı funksiya gəlir

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Facebook sosial şəbəkəsinin mobil versiyasında yeni funksiya test edilməyə başlayıb.

Yeni funksiya, City Guides adlanır və şəhər bələdçisi özəlliyini daşıyır. Bu funksiyadan istifadə edərək yerləşdiyiniz şəhərdə görməli yerlər, tədbirlər, restoranlar və digər məlumatlar barədə xəbərdar olacaqsınız. Bundan əlavə olaraq City Guides sizin dostlarınızın hansı seçilmiş şəhərlərdə və həmin şəhərlərdə hansı restoran, mehmanxana və bu kimi yerlərdə olduqlarını da göstərəcək. Sosial şəbəkə bu məlumatları, istifadəçilərin özlərini müəyyən yerlərdə qeyd etmələri üzərindən əldə edir. Facebook-un bu yeni funksiyası bir növ FourSquare TripAdviser servislərinə bənzəyir. Şirkət bildirib ki, yeni funksiya artıq təqdim olunub və o test mərhələsindədir. Sosial şəbəkə, istifadəçiyə sözügedən məlumatları elə təqdim etməyə çalışacaq ki, həmin məlumatlar istifadəçi üçün maksimal dərəcədə faydalı olsun. Qeyd etmək lazımdır ki, City Guides funksiyası hələki bir sıra istifadəçilər üçün aktivdir. Onun nə zaman bütün istifadəçilərə təqdim olunacağı və veb versiyasının olacağı haqqında məlumat yoxdur.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×