
Facebook, valideynlər üçün yeni xidmətini təqdim etdi
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Facebook valideynlər üçün yeni xüsusiyyətini təqdim edib.
Facebook valideynlərin uşaqlarına daha
asanlıqla nəzarət etməsi üçün yeni platforma təqdim edib. Yeni Valideynlər Portalı sosial mediada
uşaqlara daha asan nəzarət etməyə şərait yaradır.
Sosial media işlərimizi nə qədər
asanlaşdırsa da bir çox valideynlər üçün uşaqlarına nəzarəti çətinləşdirir. Son
vaxtlar bəzi etikadan kənar insanların uşaqlarla sosial media vasitəsilə əlaqə
saxlaması onlar üçün təhlükənin meydana çıxmasına şərait yaradır. Bu mövzuda
ailələri xəbərdar etmək istəyən sosial media nəhəngi Facebook, Valideynlər Portalı adlı xidmətini istifadəyə verdi.

Sosial media nəhəngi, Valideyn Portalında
uşağınıza real həyatda mövcud olan qaydaların internetdə də eynilə keçərli
olması prinsipini xatırlatmaq məqsədi daşıyır. Portalda uşaqlara necə nəzarət
etdiyinizə və hesablarını yoxlaya biləcəyinizə dair geniş məlumat öz əksini
tapır.
Qısaca desək, istər öz hesabınız, istərsə də
uşağınızın hesabı olsun təcrübənizdən ən yaxşı şəkildə yararlanmaq və uşağınızı
düzgün yönləndirmək üçün bu xidmət sizə çox yardımçı olacaq.
Linki kopyala
Həftənin xəbərləri

