main-post-cover

    "Facebook" və "Google" staj proqramlarını müqayisə etdik! Necə qoşulmaq olar?

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    İnternetin nəhəngləri "Google" və "Facebook" stajçılara çox böyük qiymət verir. "Google"un əsas missiyasına baxsaq, dünyadakı bütün informasiyanı təşkil etmək və bütün məlumatları ictimaiyyətə çatdırmaqdır. Facebook isə dünyanı daha açıq və bağlantılı hala gətirməyə çalışır. Şirkətlərin üstünlüklərini incələdikdə, hər iki şirkət öz stajçılarının yemək xərclərini özləri qarşılayır. "Google" pulsuz android cihazları verərkən, "Facebook" isə iPhonelaptop verir. "Google" masaj xidməti təşkil edərkən, "Facebook"da daha çox işləməsəniz belə nəzərə alınmır. "Google" başlanğıc səviyyədə idman imkanları təşkil edərkən, "Facebook" isə video-oyun günləri təşkil edir. "Google" stajçılarına rəqs qruplarına göndərdiyi halda, "Facebook" uşaq pulu olaraq 4000$ qrant verir. Verdikləri maaş baxımından "Google" aylıq 6.432$, "Facebook" isə 6.225$ verir. Beləliklə, stajçı illik ortalama 76.000$ gəlir əldə etmiş olur.

    Məhşur Müsahibə sualları

    Məşhur şirkətlərin verdiyi suallar hər zaman insanların marağına səbəb olub. "Google"un verdiyi suallar arasında, "San Fransiskoya neçə şar sığar?” və ya "Pilləkanla çıxırsınız. Hər dəfə ya 1 ya da 2 pilləkan çıxa bilərsiniz. Neçə fərqli üsul istifadə edə bilərsiniz?” kimi maraqlı suallar yer almaqdadır.
    "Facebook" suallarına baxsaq, "Kanalizasiyanın qapağı niyə yumrudur?” və s. kimi suallar soruşulur. Uğur qazanmaq üçün kreativ cavablar verməlisiniz. Məsələn müsahibə əsnasında, "Hər şeydə Google istifadə edirəm.” və "Zamanımın çoxunu Facebook-da keçirirəm” sözlərini istifadə edə bilməzsiniz.




     
    Bütün bunları nəzərə alaraq deyə bilərik ki, bu şirkətlərdə stajor olmaq üçün çox yaradıcı və araşdırmaçı xüsusiyyətlərinizin olması vacib şərtdir. Staj proqramları ilə maraqlananlar FacebookGoogle linklərinə daxil ola bilər. Müsahibədə soruşulan suallar haqda gələcək yazılarımızda daha ətraflı məlumat verəcəyik.



    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər