main-post-cover

    “Facebook” və “Google”da dizayner vakansiyaları və tələblər

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Bu şəkildə mənə qalstuk qoy da” ilə başlayır Azərbaycanda dizaynerlik. Lakin bilməli olduğunuz çox şey var desək yanılmarıq. Dizayner dediyimiz şəxs əslində o fotoqraf studiyalarında, tozlanmış kompüterlərin arxasında oturub, pasport şəkilinizə kostyum geyindirən şəxs deyil. Nə də ki, iki gündən bir şəkilinizi göndərib "üzümdəki qara nöqtələri silə bilərsən?” dediyiniz şəxs də deyil. Dizayner dedikdə onlarla dizayn proqramında işləməyi bacaran, kreativ və yaradıcı düşüncə tərzinə sahib olan şəxsləri nəzərdə tuturuq.
    Ümumiyyətlə dizayner olmaq bu qədər sadə və asan məsələ deyil. Üstəlik dizayner dediyimiz şəxslər bu işlərlə məşğul olmur. Dizayner olmaq artıq günümüzdə bir ixtisas və önəmli bir peşə kimi qəbul edilir. Bacarıqlı dizayner olmaq üçün isə öyrənməli olduğunuz bəzi standartlar var ki, bir çox şirkətlər dizayner işə alarkən minimum o tələbləri yerinə yetirə biləcək dizaynerləri axtarırlar.

    Bəs bu tələblər nələrdir?

    "Google", "Facebook" və s. kimi şirkətlər, dizaynerləri işə qəbul edərkən hansı kriteriyalara üstünlük verirlər? Bu şirkətlərdə dizayner olaraq çalışmaqla xəyalınızdakı maaşı almaq üçün nələri bilməlisiniz?
    Bu məqaləmizdə sizə yuxarıda qeyd etdiyimiz və onlar kimi yüzlərlə iri şirkətin, dizaynerlərinə qoyduqları tələbləri sıralayacağıq. Eyni zamanda bu bilik və bacarıqları necə əldə edə biləcəyinizə dair sizə bir neçə məsləhətlərimiz də olacaq.
    "Facebook": Bir çox insanın işləmək xəyalında olduğu bir şirkətdir və işçilərinə verdiyi yüksək məvacibləri ilə məşhurdur. "Facebook”da dizaynerlik sahəsində iş elanlarına nəzər salsaq burada ən azı 30 iş elanının olduğunu və bunların da 10-dan çox müxtəlif növ dizaynerlik ixtisasları üzrə olduğunu görərik. Burada 3D Mütəxəssis, Məhsul Dizayneri, İnteryer dizayneri, UI dizayneri, Sənaye dizayneri, UX tədqiqatçısı və s. kimi vakansiyalar mövcuddur. Hər bir vakansiya üçün müəyyən tələblər mövcuddur. Lakin hər biri üçün lazım olan ortaq tələblərlər ilə sizləri tanış etmək istəyirik:

    Öhdəliklər:

    - Yaradıcılıq və yaradıcı inkişaf haqqında ən vacib hekayələri formalaşdırın və həyata keçirin "Facebook", təhrikedici və ağıllı dizayn vasitəsilə dünyanı kəşf etmək istəyir
    - "Creative Shop”ların və yaradıcı sənayenin inkişafına təkan vermək məqsədilə reklam fikirlərindən istifadə edərək, insanlara ilham verəcək yeni üsulları təcrübədən keçirməyə və yaratmağa kömək edin
    - Tərkibində izahlı şablon olan, tutarlı və arzu olunan "Creative Shop” dizaynı standartlarını yaradın
    - Müştərinin ideyalarını / gözləntilərini yüksəltmək / konsepsiyalaşdırmaq üçün yaradıcı strategiyaçılarla birlikdə çalışın
    - Konseptual sahədə, məhsulları / əsas elektron fikirləri maket və sadə skelet vasitəsilə həyata keçirməyə kömək edin

    Minimum Tələblər

    - Resume linki olan Portfolio
    - Bakalavr dərəcəsi və ya ekvivalenti (beynəlxalq sertifikat)
    - 3+ il marka marketinqinə/reklama tətbiq olunan dizayn təcrübəsi
    - Kampaniya, məhsul və marka tapşırıqları ilə bağlı təcrübə
    - Fikir çatdırma bacarığı
    - Marka marketinqi və strategiya hazırlama təcrübəsi
    - İstehlakçı davranışlarını üzə çıxarmaq və sifarişçilərin müştərilərlə əlaqə qurmasına kömək etmək təcrübəsi

    Üstünlük verilən bacarıqlar

    InDesign, Illustrator, Photoshop, Keynote və PowerPoint təcrübəsi

    Əslində bütün bunlar standart olaraq görəcəkləri işdə istifadə olunacaq detallardır və uyğun vakansiyada minimum tələblərdir. Daha çoxunu bilənin daha artıq maaş alacağı da reallıqdır. Bu vakansiyalara buradan baxa bilərsiniz.
    "Google": "Google" da işçilərinə verdiyi yüksək dəyər ilə bilinən və dünyanın hər yerindən insanların işləmək üçün can atdıqları bir şirkətdir. Belə ki, "Google”un karyera səhifəsinə nəzər salsaq burada da 100-dən çox dizayner vakansiyasının olduğunu görə bilərik. Bəs siz burada işləyə bilməzsinizmi? Əlbəttə işləyərsiniz. Lakin bunun üçün bəzi biliklərə yiyələnməlisiniz və uyğun təhsiliniz olmalıdır. Buradakı texniki bacarıqlar da eynilə "Facebook"dakı kimi hər işə uyğun texniki bacarıqlardır və siz bu bacarıqlara sahibsinizsə uyğun vakansiyaya buradan müraciət edə bilərsiniz. Xatırladaq ki eyni zamanda bir neçə vakansiyaya müraciət edə bilərsiniz. Yaxşı olar ki, bu kimi iri şirkətlərə müraciət edərkən sırf sizə aid olan vakansiyaya müraciət edəsiniz və nə özünüzü nə də o şirkətin əməkdaşını yormayasınız.

    Öhdəliklər

    - Yeni və hal hazırda mövcud olan Google məhsulları və funksiyaları üçün istifadəçi modelini və istifadəçi interfeysini müəyyənləşdirməyə kömək edin.
    - Effektiv qarşılıqlı rabitə və dizayn ideyaları üçün yüksək səviyyəli və detallı maketlər, "storyboard"lar və prototipləri inkişaf etdirin.
    - Yeni və hal hazırda mövcud olan məhsulların praktikliyini yoxlayın və dəyişikliklər üçün konstruktiv təkliflər edin.

    Tələblər

    - BA/BS dizayn dərəcəsi (qarşılıqlı əlaqə, qrafika, vizual rabitə, məhsul, sənaye, və s.), qarşılıqlı İnsan – Kompüter əlaqəsi, Kompüter elmləri ilə əlaqəli sahədə praktiki təcrübə, ya ekvivalent.
    - Veb tətbiqetmələri və qarışıq sistemlər, məhsullar ilə təcrübə
    - Minimal front-end bilikləri
    - Mobil tətbiqetmələrlə işləmə təcrübəsi
    - UI/UX bilikləri
    - Google dizayn standartlarını bilmək

    Üstünlük verilən bacarıqlar:

    - Müvafiq iş təcrübəsi, istifadə oluna bilən veb əsaslı interfeyslərin dizaynında təcrübə.
    - Göstərilən HTML bacarıqları.
    - Güclü, özünə inamlı, təmiz vizual dizayn anlayışı.
    - Effektiv liderlik, kommunikasiya və komandayla işləmə bacarıqları.

    Bəs "Google", "Facebook", "Microsoft", "Samsung" və s. kimi şirkətlərdə dizayner işləmək üçün bilikləri haradan əldə etmək olar? Necə dizayn sahəsində böyük şirkətlər tərəfindən tanınan "Beynəlxalq sertifikat” əldə etmək olar?

    Azərbaycanda yaşayan birinin professional şəkildə dizayn biliklərinə yiyələnməsi və nüfuzlu xarici şirkətlərdə işə düzəlməsi çox çətin görünsə də əslində hər şey sizin əzminizdən və təhsil alacağınız müəssisədən asılıdır. "Technote.az” olaraq sizə, Bakıda IT və Dizayn sahəsində keyfiyyətli təhsil ala biləcəyiniz və sertifikatlarının dünyanın hər yerində tanındığı "Step-IT Akademiya”nı məsləhət görə bilərik. Dizaynerliyi ən incə detallarına qədər öyrənə biləcəyiniz "Step-IT Akademiya” sizə "Photoshop”dan "AutoDesk”ə, 3D Modelləmədən UI/UX dizaynerliyə qədər dizayner ola bilmək üçün lazım olan bütün detalları öyrədəcək. Kursu bitirdiyinizdə sizdə "Step-IT Akademiya” nın 1000-lərlə məzunu kimi özünüzü məşhur bir şirkətdə istədiyiniz vəzifədə `görə bilərsiniz. Bu kurs mənə nələr verəcək desəz, buradan tədris proqramı ilə tanış ola bilərsiniz. Dizayner olmaq üçün daha çox məlumat və kurslarla maraqlanmaq istəyirsinizsə buradan pulsuz məsləhət ala bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər