

Technote.az-ın "newsroom.fb.com” saytına istinadən verdiyi xəbərə əsasən Facebook istifadəçinin ana səhifəsində daha az clickbait başlıqlar (yəni yalnız trafik əldə etmək üçün nəzərdə tutulmuş reklam başlıqları) göstərəcək.

İlk öncə Facebook "O divan üzərindəki yastıqların altında nəyin olduğuna baxanda və onu görəndə... Mən şokda idim” və "İt kuryerin üzərinə hürdü və onun reaksiyası qiymətsiz idi” kimi başlıqlar ilə mübarizə aparacaq. Facebook spam-filtrə bənzəyən alqoritm hazırlayıb hansı ki, clickbait başlıqlardakı sözləri müəyyən edir. Bu cür başlıqları sosial şəbəkə iki yerə ayırıb. Məqalədə söhbətin nədən getdiyini göstərməyən və oxucunu yanlış fikirə yönəldə biləcək şişirdilmiş başlıqlar. Facebook gələcəkdə ana səhifədə clickbait-ləri müəyyən etmək üçün minlərlə bu cür başlığı incələyib. Yeni alqoritm clickbait başlıqlardakı açar sözləri ilə yanaşı həmçinin həmin başlıqları yerləşdirən internet resurslarını da yadda saxlayır. Beləliklə bu cür saytlardan olan xəbərlərin sayı ana səhifədə azalacaq. Bununla belə clickbait-lər ilə mübarizə yanlış fikirə yönəldəcək başlıqları paylaşan sayt və səhifələrin adi istifadəçiləri cəlb etmələrinə təsir etməyəcək.
Şərh yoxdur