main-post-cover

    "Facebook" yeni bir söhbət təbiqi hazırlayır!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Facebook", "Rooms" olaraq adlandırdığı paylaşıla bilən qrup söhbətlərinə imkan tanıyacaq söhbət tətbiqni sınaqdan keçirir. "Facebook"un yeni tətbiqi söhbət otaqları meydana gətirəcək.

    "Facebook" istifadəçilərin öz söhbət otaqlarını hazırlayaraq, paylaşıla bilən qrup söhbətləri meydana gətirə biləcəkləri bir tətbiq yaradır. "Technote.az"ın, "Techcruch"a istinadən verdiyi xəbərə görə "Rooms" adındakı söhbət tətbiqi, istifadəçilərə bir söhbət saytı təcrübəsini təqdim etmək məqsədi ilə dizayn edilibdir.
    facebook messenger rooms
    Tətbiqin kodları içərisində tapılmış funksiya, söhbət saytlarına oxşar bir tətbiqin gələcəyini göstərir. 
    İstifadəçilərin maraq dairələri çərçivəsindəki söhbətlərin mövzu başlıqlarını görə biləcəyi tətbiqdə, paylaşıla bilən qoşulma seçimləri ilə hər istifadəçi söhbətin içərisinə daxil ola biləcək.
     
    facebook messenger rooms

    İstifadəçilər, əsl adları ya da tətbiq tərkibində seçə biləcəkləri istifadəçi ləqəbləri ilə söhbətlərə daxil ola biləcəklər. 
    facebook messenger rooms

    Hələki test mərhələsində işlərini davam etdirən tətbiqə dair "Facebook"dan ətraflı bir məlumat gəlməyib. Bu səbəbdən də tətbiqin Facebook Messenger-ə bağlı ya da tamamilə ayrı işləyən bir tətbiq olub-olmayacağını deyə bilmərik. "Facebook"un "Rooms" tətbiqinin, istifadəçilərin gözləntilərini nə dərəcədə qarşılaya biləcəyini hamımız birlikdə görəcəyik.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər