main-post-cover

    Facebook, yeni "like" butonlarını hər kəs üçün yayımladı.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook, bir müüdətdir test etdiyi reaksiyalar xüsusiyyətini nəhayət hər kəs üçün yayımladı.

     
    Yadınızdadırsa keçən ilin payız aylarında facebook'a "dislike" butonu gələcəyi haqqında sizə məlumat vermişdik. Sonradan məlum oldu ki, facebook "dislike" kimi mənfi xüsusiyyətli bir emosiya əvəzinə müxtəlif reaksiyalar əlavə etmək niyyətindədir. Reaksiyalar xüsusiyyəti vasitəsilə istifadəçilər paylaşımlara bəyənməklə yanaşı müxtəlif reaksiyalar göstərə biləcəklər. Yeni reaksiyalar "sevgi, hahaha, xoşbəxtlik, şok, üzüntü və qəzəb" şəkilindədir.


     
    Sözü gedən reaksiyalar bir müddət idi ki, müxtəlif ölkələrdə test edilirdi. İndi isə bu yenilik bütün dünya üçün açıqdır. Az əvvəl facebook rəsmi bloqu üzərindən yeniliyi elan etdi.


    Necə istifadə olunur?


    Facebookda hər hansı bir paylaşıma baxanda, paylaşımın üzərində "like" butonunu basılı saxlayıb sağa, sola hərəkət etdirməklə reaksiyalarınızı ifadə edə bilərsiniz. Qeyd olunan yenilik artıq Azərbaycanda da istifadəyə verilib.
    Linki kopyala