
Facebook yeni Music Stories servisini işə salır
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook sosial şəbəkəsinin yaradıcı Mark yeni lahiyələri olan "Music Stories"-i ictimaiyyətə təqdim edib. Bu servis vasitəsilə siz Facebook-dan ayrılmadan istədiyiniz musiqini axtarıb-tapa və onunla tanış ola bilərsiniz. Hələlik şirkət Spotify və Apple Music bazası üzərindən işləyəcək. Bu isə o deməkdirki, istifadəçilər yalnız mahnıların 30 saniyəlik hissəsini dinləyə biləcəklər.

Onsuzda bu servisin məqsədi istifadəçilər yeni mahnılar ilə tanış etməkdir. Mahnıları tam format dinləmək və əldə etmək istəyən dinləyicilər isə Spotify yaxud Apple Music-ə yönləndiriləcək. Mark istifadəçilərin sevimli mahnılarını paylaşmaq istəyinə toxunub servisin uğur qazanacağına inandığını vurğulayıb
Linki kopyala
Həftənin xəbərləri

