main-post-cover

    Facebook mobile üçün möhtəşəm profil yenilənməsi gəldi.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Uzun müddətdir Avstraliyada test mərhələsini keçən facebook profil şəkilinin ortalanması xüsusiyyəti nəhayət, bütün istifadəçilər üçün açıldı.

    Facebbok, bir müddət əvvəl Avstraliyada testlərinə başladığı mobil facebook'da olan bəzi profil yenilənmələrini bütün istifadəçilər üçün təqdim edir. Gələn yenilənmə ilə birlikdə artıq profil şəkili ortalanmış bir vəziyyətdə yerləşdirilir. Əvvəlki, versiyada isə profil şəkili sol küncdə yerləşdirilmişdi.
     
    Bundan əlavə "Kim olduğunu bildir", "Haqqında məlumatları dəyişdir", "Önə çıxan şəkillərini əlavə et" xüsusiyyətləri də profil şəkilinin alt hissəsinə əlavə olunub. "Kim olduğunu bildir" xüsusiyyəti masaüstü versiyada olduğu kimi özünüzü ifadə etmək üçün 101 simvolluq ərazidən ibarətdir. Təəssüf ki, gizlilik baxımından düzəlişin mövcud olmadığı üçün burada yazdığınız məlumat hər kəs tərəfindən görüləcək.


     
    Aşağı hissədə haqqınızda olan məlumatları redakte edə bilər və önə çıxan rəsimlərinizi yükləyə bilərsiniz. Haqqınızda məlumatları redakte etmək əslində yenilik deyil,lakin əvvəl ki, versiyada bu əməliyyatı həyata keçirmək üçün 2-3 daxilolma etmək lazım gəlirdi. Yeni versiyada bir toxunuşla bu iş daha asanlaşdırılıb.
    Önəçıxan şəkillər də isə 5 ədəd şəkilinizi seçib əlavə edə bilərsiniz. Bu şəkilləri istərsəniz facebook profilinizdə götürə bilər, əlavə olaraq isə cihazınızda yükləmək imkanına sahibsiniz. Lakin burada da "kim olduğunu bildir" kimi şəkilləriniz hər kəs tərəfindən görüləcək.


    Linki kopyala