Facebooka maraqlı və hər gün istifadə edəcəyiniz yenilik əlavə edilir!
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Son vaxtlarda hava proqnozu məlumatı verən Facebook, bu cəhdini biraz daha irəli apararaq sosial şəbəkəyə əsl bir hava proqnozu tətbiqi inteqrasiya edir. Beləcə daha detallı hava proqnozu məlumatını hər gün Facebookdan öyrənə biləcəksiniz.
Facebookun sizə bəzən hava proqnozu barədə məlumatlar
verdiyini yəqin ki görmüsünüz. İndi isə şirkət, sosial şəbəkənin web və mobil versiyalarına real bir
hava proqnozu tətbiqi inteqrasiya edir.
Əlavə
olaraq bu həftə Facebook, hava vəziyyəti ilə bağlı bir neçə yenilənmə paylaşdı.
İlk olaraq Facebook, bundan sonra xəbər lentinizin ən üst hissəsində ortaya
çıxan, daha detallı bir hava proqnozu təqdim edəcək. Hava proqnozu məlumatı,beş günlük hava proqnozu təxminlərini sizə çatdıracaq. Həmçinin hava vəziyyətinə
görə bildiriş göndərməsini belə tələb edə biləcəksiniz. Beləliklə yağış gözlənilən
bir gündə bu vəziyyət sizə xatırladılacaq və siz də çətiriniz olmadan küçəyə
çıxmayacaqsınız.
Bununla
birlikdə son bir həftə içində Facebookun iOS və Android versiyalarına, xüsusi bir
hava vəziyyəti bölməsi əlavə edildiyi görüldü. Bu xüsusiyyətin sosial media
platformasının web versiyasında isə mart ayında istifadəyə verilməsi gözlənilir.
Bir
çoxumuzun gün ərzində Facebooku istifadə etdiyi düşünülərsə, detallı hava
proqnozu məlumatının əlavə edilməsindən sonra platformaya müsbət təsir edəcəyini
deyə bilərik. İnsanların başqa sayta keçmədən hava proqnozunu öyrənməsi, böyük
bir üstünlük olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)