main-post-cover

    Facebook\'a məlumat tapmaq üçün möhtəşəm yenilik gəldi.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook, istifadəçilərinin səhifələrdə axtardığı lazımı məlumatları qısa zamanda tapılmasını təmin edən axtarış sistemini aktivləşdirdi.

    Facebook'da bir çox xəbər və məlumat paylaşan səhifələrin izləyicisiyik. Bəzən olur ki, bir məlumatı dostumuza göndərmək istəyirik yaxud həmin məlumata yenidən nəzər salmaq. Bu zaman səhifəyə daxil olduqda həmin məlumatı tapmaqda çətinlik çəkə bilərik. Mausun krusorun aşağıya doğru hərəkət etdirərək 10'larla xəbərin arasında bizə lazım olan xəbəri axtarmaq xeyli vaxt aparırdı. Lakin nəhayət facebook bu problemi həll etdi.

    Artıq sizə lazım olan səhifəyə daxil olduqda əsas səhifənin sol yuxarı hissəsində axtarış bölməsi əlavə olub. Bu axtarış paneli vasitəsilə sizə laım olan açar sözü daxil edib, həmin sözlərə uyğun məlumatları tapa bilirsiniz. Məsələn: biz öz səhifəmizdə Açar kəlimə olaraq samsungdan istifadə etdik və avtomatik olaraq sol tərəfdə samsunga aid olan xəbərlər çıxdı. Lakin qeyd etmək lazımdır ki, sözü gedən funksiya hal hazırda web facebook üçün keçərlidir. Tezliklə mobil platformaya da gələcəyi düşünülür.


    Linki kopyala