main-post-cover

    Facebook\'da bəyəndiyim səhifələrin siyahısına necə baxa bilərəm?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Ana löhvənizdə yayılan xəbərlər, lazımsız informasiyalar və ən əsası lazımsız səhifələrin paylaşımları sizi narahat edirsə ekrana yaxın əyləşin.

    Bu günə qədər bəyəndiyiniz səhifələrin tam siyahısına nəzər salmaqla sizə lazım olmayan səhifəlir "unlike" edə bilərsiniz. Bunun vasitəsilə ana löhvənizi təmizləyə və sadəcə zəruri səhifələrdən informasiya alaq imkanınız var. Bəzi səhifələrin sonradan adlarını dəyişməsi, fəaliyyətlərinə uyğun paylaşımlar etməməsi və yalançı paylaşımlar ana səhifədə çox yer tutursa mütləq bəyəndiyiniz səhifələrin siyahısına əl gəzdirmək vacibdir.

    Web Facebook vasitəsilə profilinizə daxil olub, yuxarıda olan linkin sonuna /likes_all hissəsini əlavə etməklə fəaliyyətiniz dövründə bəyəndiyiniz səhifələrin sihayısına baxa bilərsiniz.
     
     
     

    Linki kopyala