Facebook 'da bilmədiyiniz 4 gizli xüsusiyyət.

Facebook 'da bilmədiyiniz 4 gizli xüsusiyyət.

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Facebookda bilmədiyiniz lakin çox önəmili olub işinizə yara biləcək 4 gizli xüsusiyyət haqqında yazırıq.
 
 
Dünyaca məşhur sosial şəbəkə olan facebook\'un Azərbaycanda da kifayət qədər istifadəçisi mövcuddur. Lakin gündəlik istifadə etdiyimiz və həyatımızın demək olar ki, hər anında yanımızda olan bu şəbəkədə bilmədiyimiz və bizə çox lazımlı olan gizli xususiyyətlər mövcuddur. Hansı ki, bu xüsusiyyətlər gizlilik baxımdan çox önəmlidir. Siz də bu funkisyalar haqqında məlumat əldə etmək istəyirsinizdə aşağıda qeyd etdiklərimizi diqqətlə oxuyun.

Mesaj qismində "5 dəqiqə öncə aktivdi" detalından can qurtarmaq.
Bəlkə də sizi narahat edən detallardan ən böyüyü budur. Messenger\'də olan zaman sizi online göstərilməsini və messenger\'dən çıxan zaman sizin nə vaxt aktiv olduğunuzun görsənməsini yəqin ki istəməzdiniz. Belə olan halda dostlarınıza cavab yazmaq, onların mesajlarını cavablandırmaq kimi məcburiyyət yaranır. Cavab olmadığı təqdirdə isə dostlarınız və yaxınlarınız sizin aktiv olma tarixini izləyərək sizdən inciyə bilər. Bu məsələnin tam olaraq həlli yoxdur amma siz bundan can qurtarmaq istəyitsinizsə messenger tətbiqin telefonunuzdan silib browser vasitəsilə facebook\'a girə bilərsiniz. Nəticə etibarilə browser\'lə daxil olan zaman sizin son görülmə tarixiniz görsənməyəcək.



Baş bəlası olan mesajlarda görüldü xüsusiyyətindən can qurtarmaq.
Whatsapp\'da bu problemin həll olunması haqqında sizlərə məlumat vermişdik. İndi isə növbə facebook\'dadır. Başınıza bəla olan görüldü detalından can qurtarmağın yolu sadə və asandır. Facebook Unseen Chrome əlavəsini yükləyərək bu problemdən can qurtara bilərsiniz. Ən azından PC başında olanda mesajları oxuduğunuz zaman qarşı tərəfə görüldü olaraq məlumat ötürülməyəcək.



İndiyə qədər facebookda nələr paylaşmısınız?
Yəqin ki dostlarınızın sizin köhnə iyrənc paylaşımlarınıza rəy yazması halını yaşamısınız. Hətta bəzən özümüzə qəribə gəlir. 2011-ci ildə mən belə paylaşım etmişəm? Bütün facebook tarixcənizi əldə etməyin və onlara nəzər salmağın qısa və asan yolu var. Bütün məlumatları komputerinizə yükləmək. Bunun üçün \'\'settings\'\' bölməsindən "general account settings"ə daxil oluruq. Lap aşağı hissədə "Download a copy of facebook datay"a daxil oluruq və bütün məlumatları əldə edirik.



 
Facebook istifadə etdiyiniz gündən bu yana oxunmamış mesaj varmı?
Facebook-u illərdir istifadə edirsinizsə böyük ehtimalla sizə göndərilmiş və oxumadığınız mesajlar var. Bu mesajları əldə etməyin sadə üsulu aşağıdakı kimidir. Facebook-a komputer vasitəsilə daxil olub mesajlar bölməssinə giririk. Digər mesajlar hissəsinə daxil olub oxunmamış mesajları seçirik. Nəticədə bugünə qədər sizə gələn və oxumadığınız mesajlar qarşınıza çıxır.




Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×