main-post-cover

    Facebookda hesabların oğurlanmasına səbəb olan boşluq!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Bir neçə gün əvvəl məşhur sosial media şəbəkəsi Facebook-da hesabların dəqiqələr içərisində oğurlanmasına səbəb olan olduqca kritik, bir o qədər də sadə bir təhlükəsizlik boşluğu ortaya çıxdı. 
    "Facebook" hər nə qədər əvvəlki qədər rəqibsiz olmasa da, hələ də dünyanın ən böyük sosial media şəbəkəsi adını öz əlində saxlayır.
    Kaliforniyada yaşayan Gurkirat Singh adlı bir proqramçı, Facebookda olduqca kritik bir boşluq tapdı. 
    Facebookun şifrə sıfırlamaq üçün göndərdiyi kodu tapmağa çalışmaq yerinə, koda uyğun hesabı tapmağa çalışdı və bu hədəfində də uğurlu oldu. Eyni üsulu təxminən 2 milyon insanın Facebook hesabında yoxlayacaq bir proqram hazırlayan Gurikat, bir neçə dəqiqə içərisində onlarla hesabı hack etməyi bacardı. 
    İlk olaraq may ayında bildirdiyi boşluğun, "Facebook" tərəfindən boşluq olaraq dəyərləndirilmədiyini bildirən Gurkirat, "Facebook"a boşluğun nə dərəcədə təhlükəli olduğunu başa sala bilmək üçün təxminən 1 aylıq bir prosesdən keçdiyini də əlavə etdi.
    Facebook kimi nəhəng bir şəbəkədə, olduqca sadə bir məntiqə sahib olmasına baxmayaraq, bu dərəcədə təhlükəli bir boşluq olmasına istifadəçilərdən sərt reaksiyalar da gecikmədi.
    "Facebook" reaksiyaların ardından, boşluğu bağladığını və Gurkirat-a isə Gülməli olsa da 500 dollar dəyərində pul hədiyyə etdiyini açıqladı. 
    Linki kopyala