Facebook\'da işləmək üçün lazım olan 5 xüsusiyyət
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
2004-cü ildə yaradılan Facebookun işçilərinin sayı 2009-cu ilə qədər 1000 nəfərə çatmamışdı. Hal-hazırda isə 65 ölkədə 13000 işçisi var.
Facebook İnsan Resursları Departamentinin Sədr Müavini Lori Goler isə şirkətin neçə illərdir istifadə etdiyi - işçilərdə axtardıqları 5 əsas xüsusiyyət - prinsipindən hələ də istifadə etdiklərini və uğur qazanmaqlarının səbəbinin bu olduğunu ifadə edir.
Facebook işçilərinin 5 əsas xüsusiyyəti aşağdakılardır.
Cəsarətli olmaq
Əgər belə bir şirkətdə işləyirsinizsə təbii ki cəsarətli olmalısınız. Risk etməyin vacib olduğu bir sahədə risk etməyə çəkinən insanın Facebookda işi yoxdur. Mark Zuckerberg deyir ki: Biz hamını, səhv olsa belə, riskli qərarlar vermək üçün cəsarətləndirik. Elə buna görə də, Zuckerberg "Ən riskli şey risk etməməkdir" sözünü bütün iş yoldaşlarının həyat fəlsəfəsinə çevirmişdir.
Yenilikçi olmaq
Facebook'un işə qəbul üzrə mütəxəssi Miranda Kalinowski deyir ki: "Facebook'da işləyən hər kəs yeni şeylər yaradır və onu inkişaf etdirməyin yollarını axtarır.”
Facebook'un "daha açıq və əlaqəli dünya” misiyasını daha irəli aparmaq üçün işçilərin şəxsi instinkti olmalıdır.
Cəld hərəkət etmək
"Cəld hərəkət et və nələrisə dağıt" - Şirkəti yaradan zaman Zuckerberg'in dediyi sözdür. Şirkət böyüsə də bu prinsip dəyişməyib.
Facebook işçiləri, fürsəti əldən verməkdənsə, cəld hərəkət edərək nələrisə dağıtmağı daha üstün tuturlar.
Əməkdaşlıq
Goler: "Açıqlıq, şəffaflıq, birlik yaratmaq və əməkdaşlıq etmək kollektivdə işləməyin bir hissəsidir” deyir. Facebookun ofisi ayrı-ayrı otaqlardan ibarət deyil, Mark Zuckerbergin də orda olduğu böyük bir zaldan ibarətdir və belə yaxşı işlər çıxmasının əsas səbəblərindən biri hamının birlikdə işləməsidir. Yəni işçilər ayrı bir yerdə deyil, Mark ilə eyni yerdə işləyirlər. Bu da şirkətdə birlik və bərabərlik olduğunu, yüzlərlə insanın eyni fikir üstündə baş sındıraraq möhtəşəm layihələr ortaya çıxardıqlarını göstərir.
İctimai dəyər yaradırlar
Goller, Facebook’da işləyən hər hansı birindən niyə işlədiyini soruşsanız sizə bu cavabı verəcək: "Real həyata təsiri olan biri olmaq və böyük bir şeyin parçası olmaq" deyir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)