main-post-cover

    Facebook\'da özünüzü və brendinizi tanıtmağın ən asan 14 yolu

    Sosial Media
    Tech-Biznes
    Startup və Biznes
    e-ticaret
    07.05.2017
    Farid Pardashunas

    Bu gün siz rahatlıqla Facebook səhifənizdən istifadə etməklə öz şirkət və brendinizi inkişaf etdirə bilərsiniz. 

    Hal hazırda Facebook sosial şəbəkədə böyük paya sahibdir. Demək olar ki, sosial şəbəkə istifadəçilərinin əksəriyyətini özündə cəmləşdirib. Hal hazırda təxminən 1.5 mrld. insan bu şəbəkədən istifadə edir. Məhz bu platformada siz öz brendinizi istədiyiniz kimi inkişaf etdirə bilərsiniz. Çünki bu, böyük auditoriyadır və bu auditoriyada uğurlu stratrgiya ilə hər zaman önə çıxa bilərsiniz. Facebook öz səhifə strategiyasında təəssüf ki, bizim istədiyimiz kimi hərəkət etmir. Bəzən Facebook səhifəsində hər hansı bir posta 27 bəyənmə və ya 6 dəfə tıklanma gəlir. Hərçənd ki, sizin səhifənizin kütləsi böyükdür. Bunu onunla izah edirlər ki, Facebook organic reach modulunu elə qurub ki, məlumat bəzən istənilən auditoriyaya gedib çatmır. Məcbur olub paid reach'dən istifadə edilir. Bu isə hər posta görə hesablasaq kifayət qədər böyük rəqəm edə bilir. Bəs ödənişsiz necə səhifəmizi daim yüksək tuta bilərik. Sizə təqdim edəcəyimiz 14 sadə yolla buna nail ola bilərsiniz.


     

    1. PROFESSİONAL OLUN

    Sizin səhifəniz ciddi görünməli və brendinizi tam tərənnüm etməlidir. Paylaşdığınız postlara diqqət etməlisiniz. Səhifədəki şərhlərə nəzarət olunmalıdır. Çünki hər hansı təhqiramiz ifadə və ya vulqar söz sizin həm istifadəçi itirməyinizə, həm də reytinqinizin aşağı düşməsinə səbəb olacaq. Səhifədə mövzudan kənar paylaşıma yer verməyin.

    2. TƏHLÜKƏSİZLİK

    Postlarınızı daim hər kəsə açıq şəkildə paylaşın. Bu postunuzun daha çox insan tərəfindən görülməsinə səbəb olacaqdır. Bununla yanaşı, başqa insanların sizin səhifənizdə paylaşım etməsinə limit qoyun, hər hansı bir işarələmə üçün isə təsdiqləmə sistemini aktivləşdirin. Çünki hər kəsin səhifədə nəsə paylaşması hər zaman effektiv olmur. Belə ki, yazılan hər hansı bir post sizin nüfuzunuzu aşağı sala bilər.

    3. DOST OLUN

    Real insanlar tərəfindən sizə göndərilən dostluq təkliflərini qəbul edin. Digər səhifə və ya şəbəkələrdə aktiv olun. İnsanlar sizi tanımalıdır. Amma fake profillərə də diqqət edin.

    4. SİYASƏTƏ YER VERMƏYİN

    Heç kim sizin siyasi baxışlarınızı bilməməlidir və ya asan şəkildə anlamamalıdır. Çünki insanların siyasi baxışları müxtəlifdir və əgər işinizə siyasəti qatsanız, həm dost, həm izləyici itirə bilərsiniz. Əgər siyasi baxışlarınızı ifadə etmək istəyirsinizsə, Facebook'da qapalı qruplarda müzakirələr aparın.

    5. ŞİKƏYƏTLƏNMƏYİN

    İnsanlara sizin bəd xəbərləriniz və şikayətləriniz lazım deyil. Bir müddət sizi dəstəkləyənlə belə bu vəziyyətdən sıxıla bilər. Öz problemlərinizi özünüz həll edin, digər insanlar sizin yerinizə həll etməli deyin.

    6. DÜZGÜN İŞARƏLƏYİN

    Hər hansısa bir şəkil paylaşdıqda, həmin şəkildə olan insanları işarələyin. Bu həmin şəkili görən və izləyən insanların sayını artıracaq. Şəkildə olmayan insanları işarələməyin, bu sizin xeyrinizə olmayacaq.

    7. PROFİL ŞƏKİLİNİZƏ DİQQƏT EDİN

    Əgər profil şəkiliniz kiçik və ya güzgü qabağında çəkdiyiniz şəkildən ibarətdirsə, bundan sonrasını oxumadan gedin, dəyişin. Bu, gülməli görünür. Əlbəttə ki, bu bir Linkedin profili deyil. Ciddi pozada şəkil tələb olunmur. Amma maraqlı və diqqət çəkici şəkildən istifadə edin. Profildəki səliqə və yaradıcılıq sizin kimliyinizi ortaya qoyur. Profil şəkilini elə seçməlisiniz ki, insanlar sizinlə ünsiyyət qurmağa can atsın. Bəzən kiçik bir paylaşım böyük dəyişikliklərə səbəb ola bilir.

    8. DAHA ÇOX BƏYƏNİN

    Digər insanların paylaşımlarını, səhifələrin postlarını bəyənin. Siz onları bəyənmədikdə, üstündən keçdikdə Facebook düşünür ki, bu sizə maraqlı deyil və gələn də artıq sizin xəbər lentinizdə həmin insan və ya səhifənin paylaşımını görmürsünüz.

    9. ŞƏRHLƏRİ BƏYƏNİN

    Paylaşımınıza yazılan bütün şərhləri bəyənin. Əgər kimsə sizin paylaşımıza vaxtını ayırıb şərh yazıbsa, ona minnətdar olmalısınız. Şərhini bəyənməklə ona həm təşəkkürünüzü bildirmiş olursunuz, həm də onun bundan sonra da şərh yazmasına nail olursunuz.

    10. AD GÜNÜN MÜBARƏK!

    Dostluğunuzda olan bütün insanların ad gününü təbrik edin. Bu həmin insanlara sizin aranızdakı əlaqələri artırır və həmin insan sizin necə diqqətcil olduğunuzu görür.

    11. ŞƏKİLLİ PAYLAŞIM EDİN

    Heç vaxt sadəcə yazı tipli paylaşımlar etməyin. Şəkilli paylaşımlar daim diqqətçəkici olur və daha çox marağa səbəb olur. 
     

    12. İNSTAGRAM ƏN YAXŞI POST BOOSTER'DIR

    Əgər mümkündürsə, İnstagram'dakı paylaşımlarınızı Facebook səhifənizdə də paylaşın. Çünki Facebook İnstagram üzərindən paylaşılmış şəkilləri daha çox önə çıxarır. Həmçinin, həmin şəkil barədə insanlarla Facebook üzərində də ünsiyyət qurub, işarələyə bilirsiniz.
     

    13. VAXT HƏR ŞEY DEMƏKDİR

    Paylaşımlarınızın vaxtını düzgün tənzimləyin. Səhifənizdə aktivliyin nə zaman daha çox olduğuna fikir verin. Bəzən gecə yarısı paylaşım etmək o qədər də effektiv olmur. Nəzər alın ki, insanlar işləyir və ya dərsə gedir. Önəmli paylaşımlarınızı insanların boş vaxtına uyğun paylaşın. Aktivlik bəzən axşamüstü iş çıxışından sonra yüksək ola bilir. Bu zaman edilən paylaşımlar daha effektiv ola bilər.
     

    14. MARAQLI VƏ İNFORMATİV OLUN

    Mövzu hər zaman önəmlidir. Paylaşımlarınızı yazacağınız hər ad onun əhəmiyyətini və baxılma sayını müəyyən edir. Təbii ki, mövzuya insanları cəlb etmək üçün yalan-yanlış adlardan istifadə etmək olmaz. Bu sizin nüfuzunuzu çox aşağı salar. Hər bir paylaşım yüz ölçülüb bir biçilməlidir. Paylaşım insanları narahat etməməlidir. Daha çox diqqət cəlb etməlidir. 
     
    Bu 14 qısa yol ilə siz həm özünüzü, həm brendinizi bütün dünyada tanıda bilərsiniz. Bundan sonrakı yaradıcılıq sizin özünüzün seçimidir. Ən yaxşı marketing sosial şəbəkələrdən düzgün istifadə zamanı qurulur. Buna diqqət yetirin.

    mənbə: entrepreneur.com

    Linki kopyala