
Facebook\'da mesajları necə şifrələmək olar?
Sosial Media
07.05.2017
Farid Pardashunas
Sosial şəbəkə üzərindən olan danışığlarınızın məxfiliyini qorumaq və başqaları tərəfindən oxunmaması üçün yeni bir əlavə ilə facebook mesajlarınızı şifrələyə bilərsiniz.
Sosial şəbəkə deyiləndə ağıla ilk olaraq facebook gəlir. Dünya miqyasında 1 milyard istifadəçisi olan bu şəbəkə çox populyardır. Facebook üzərindən çoxumuz dostlarımızla, sevdiyimiz insanlarla əlaqə yaradırıq lakin bəzən üçüncü bir tərəfin görməməsini istədiyimiz vacib məlumatları da sosial şəbəkə üzərindən ötürmüş oluruq.
Yaxın bir dostunuzla bank hesab məlumatlarınızı paylaşan zaman bu məlumatları şifrələmək istərdinizmi?
İngiltərəli bir nəfər tərəfindən hazırlanan Crypter adlı əlavə vasitəsilə Facebook mesajlarınızı bir şifrə ilə kodlaya bilərsiniz. İstifadə qaydası isə olduqca sadədir. Bir ana şifrə təyin edirsiniz və mesajlarınıza daxil olaraq onları şifrələyirsiniz. Təyin etdiyiniz şifrəni bilməyən biri sizin mesajlarınızı oxuya bilməz. AES alqoritmi ilə şifrələnən mesjınızı isə qırmaq üçün super bir komputerə ehtiyac var.
Bu əlavə hazırda sadəcə Firefox və Chrome üçün mövcuddur. Lakin yaxın müddət ərzində başqa browser'lər üçündə bu əlavə hazırlanacaq. Əlavəni hazırlayan xüsusilə qeyd edib ki, hal hazırda bu əlavə mobil tətbiq üçün hazırlanır.
Linki kopyala
Həftənin xəbərləri

