Dostlarınız tərəfindən sizə göndərilən oyun dəvətləri kimi insan hissləri ilə oynayan başqa bir vasitə yoxdur. Bizə gələn şikayətləri nəzərə alaraq facebookda gələn oyun dəvətlərini əngəlləməyin qaydasını bu məqaləmizdə izah edəcəyik. Bunun üçün mobil telefonunuz vasitəsilə facebook tətbiqində bir neçə əməliyyatı yerinə yetirmək lazımdır.
Android.
1. Facebook tətbiqinə daxil olub "help and settings" menyusundan "Account Settings"ə daxil oluruq.
2. Açılan menyudan "apps" seçirik.
3. Platforma daxil olub, "Game invites and app notifications" bildirişlərini no edirik.
iOS
1. Facebook tətbiqinə daxil olub "settings"ə klik edirik.
2. Açılan menyudan "account settings" seçirik.

3. Yeni menyudan "apps"a daxil oluruq.
4. Platforma daxil olub, "Game invites and app notifications" bildirişlərini no edirik.