main-post-cover

    Facebook\'da yeni profil dönəmi başlayır.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook istifadəçi profillərini daha əyləncəli hala gətirmək üçün önəmli addım atdı.

    01-Video_GIFS_Final_Opt3_Large-2
    Facebook’da artıq çox daha hərəkətli və rəngli profillər görəcəyik. Şirkət tərəfindən verilən açıqlamaya görə istifadəçi profillərində "profil videoları” dönəminin başlanacağı elan olundu. Bu yeni özəllik ilə istifadəçilər 7 saniyəlik video və ya gif’ləri profil rəsmi olaraq istifadə edə biləcək. Beləcə istifadəçilər profillərində özlərini daha rahat təqdim edə biləcəklər. 
    Facebook həm də profillərdə daha çox idarəetmə funksiyalarının olacağının müjdəsini verdi. Bunun sayəsində istifadəçilər profilindəki bilgilərin kimlərin görüb görməməsini daha asan idarə edə biləcəklər. Bunun üçün profillərin üst hissəsinə dəyişdirilə bilinən bir panel əlavə edir. Bu hər kəsə açıq tək sətirlik paneldə özünüzlə bağlı istədiyinizi yaza biləcəksiniz. Əlavə olaraq "Haqqında" hissəsindən istədiyiniz hissələri, hətta 5 foto belə bura əlavə edə biləcəksiniz.
    profilevideo2
    Mobildə profil səhifələri üçün də dizayn gündəmdədir. Profilleri daha da genişləndirmək, haqqınızda daha yaxşı bilgi təqdim etmək və dostlarınızı sizə daha çox bağlamaq üçün yeni dizaynlar düzəldilir. Məsələn, bunlardan biri profil rəsminin ortaya sürüşdürülməsidir.
    Xüsusilə mobil istifadəçiləri hədəfləyən və profillərinizə rəng qatacaq yeniliklər hələlik bəzi istifadəçilərlə test edilir. Lakin ən yaxın zamanda bütün istifadəçilər üçün təqdim olunacağı qeyd olunur. 
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər