Facebook 'dan istifadənin həyatımıza vurduğu 7 mənəvi zərər!

Facebook 'dan istifadənin həyatımıza vurduğu 7 mənəvi zərər!

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

10 il əvvəl Facebook yaradılarkən insanlar üçün yeni bir hadisə idi. İlk dəfə idi ki, insanlar qlobal sosial şəbəkədən istifadə edirdilər. Sosial media insanlara öz təcrübələrini, emosiyalarını, həyat tərzlərini - yedikləri yeməkləri, getdikləri yerləri, ailə münasibətlərini, siyasi görüşlərini, ən əsası öz şəxsi məlumatlarını paylaşmağa şərait yaradır. Təbii ki, bütün bunlardan danışırqsa, təhlükəsizlik haqqında da düşünmək lazımdır. Amma Facebook sosial şəbəkəsinin nə dərəcədə təhlükəsiz olduğunu bilmək mümkün deyil. Çünki şirkət daim təhlükəsizlik protokollarını yeniləyir. Əlbəttə, bütün bunlara rəğmən yenə də sosial şəbəkədən ayrılmaq olmur. Ekspertlər Facebook sosial şəbəkəsindən ayrılmaq üçün 7 əsas səbəb göstərirlər.


1. VAXT İTKİSİ
Ekspertlər hesablayıblar ki, gündəlik ortalama 17 dəqiqə Facebook\'dan istifadə edən şəxslər 10 il nəzərə alınaraq ömürlərinin 40 tam gününü sosial şəbəkədə şəkil və statusları bəyənməklə, şərh yazmaqla itiriblər. Ortalama bir neçə saat istifadə edənlər isə 150 tam günü itiriblər. Mütəxəssislər qeyd edir ki, insanlar bu barədə düşünməlidir. Sosial şəbəkələrdə bu qədər online olmaqla və sadəcə hər hansı bəyənib, şərh yazmaqla vaxtlarının böyük hissəsini itirirlər. Bu itirilmiş vaxt ərzində onlar daha faydalı işlərlə məşğul ola bilərlər.
 
2. Facebook İnsanlardan Nəsə Satmaq Üçün İstifadə Edir
2012-ci ildə Facebook 689000 istifadəçi hesabından onların icazəsi olmadan istifadə etmişdir. Bu hesablarla onların sahibi olduğu səhifələrdə "performansın və istifadəçilərin səhifədən daha yaxşı istifadə etməsi" adı ilə bir çox əməliyyatlar edilmişdir. Bununla bağlı daha sonralar Sheryl Sandberg üzr istəmişdi. Amma əldə etdikləri bu qazanc daha sonra bu hadisənin təkrarlana biləcəyini göstərir.
 
3. Reklamların Hədəfinə Çevrilirsiniz
Əgər nə vaxtsa sadəcə bir dəfə sizə lazım olan bir şey haqqında axtarış etmisinizsə, 6 ay boyunca Facebook daim sizə bu axtardığınız haqqında təkliflər verəcək, onu almağınızı "məsləhət" görəcək. Hətta siz axtardığınızı almısızınsa, Facebook buna məhəl qoymadan yenidən reklamların hədəfinə çevirəcək. Düzdür, bu demək olar ki, günümüzdə bütün saytlarda mövcuddur, amma Facebook daim sizin əsas lövhənizdə bunu göstərməklə "bezdirəcək". Necə deyərlər, insanlar sosial şəbəbəkələrdə onlara maraqlı olanları görmək istəyirlər, daim reklamlar yox.
 
4. Bu Sizin Sağlamlığınıza Ziyandır
Facebook sadəcə sizin işinizə, ailə münasibətlərinizə, seçimlərinizə təsir göstərmir. Eyni zamanda sizin sağlamlığınızı da ziyandır. Uzun müddət sosial şəbəkə arxasında olmaq immun sisteminin tarazlığını pozur, hormonların hərəkətinə mane olur və inkişafdan saxlayır. Uzun müddət sosial şəbəkə arxasında olmaq sizin dünyagörüşünüzü, yaradıcılığınızı zəiflədir. Sizin yuxu rejimizi pozur, bir çox hallarda isə depressiyaya səbəb olur.
 
5. "Bu İnsanlar Kimdir?"
Statistikalar göstərir ki, böyük qism istifadəçilərin ortalama 338 dostu olur. İnsanlar bu "dostlar"ından isə sadəcə 10%\'ni tanıyır, real münasibət qurur. Ekspertlər qeyd edir ki, belə olduqda insanların təhlükəsizliyi qorunmur. Tanımadıqları şəxs tərəfindən məlumatlarının oğurlanması, onların adından istifadə edilməsi məhz bu hallarda baş verir. Həyat sosial şəbəkədə şəkil paylaşıb, bəyənib, şərh yazmaqdan ibarət deyil. Bu cür hallar insanların bir birinə qarşı inamını da azaldır.


6. Bəs Təhlükəsizlik Problemləri?
Bərbad! Bəli, haqlısınız. Amma problem bununla bitmir. Siz heç vaxt əminola bilməzsiniz ki, Facebook\'da olarkən bağlanan internet əlaqəsi nə qədər etibarlıdır. Bəzən bu əlaqələr elə qurulur ki, siz Facebook\'a daxil olduğunuzu sanırsınız. Amma bəzən belə olmur. Heç kim sizin hesabınızın oğurlanmamasını sığortalaya bilməz. Belə hallarla çox qarşılaşmışıq.


7. Paylaşdıqlarımız Reallıqda Baş Verirmi?
Çox az insan sizin həqiqətən nə etdiyinizi, kimlə olduğunuz, nə yediyiniz, nə aldığınız barədə maraqlanır. Biz sosial şəbəkələrdə maraqlı, gülməli videolar, yazılar görürük. Bəzi insanların həyatına həsəd aparırıq. Bəs reallıqda bu belədirmi? Araşdırmalar sübut edib ki, çox insan sadəcə sosial şəbəkədə paylaşmaq üçün bunları edir. Diqqət mərkəzində olmaq, gözəl və varlı həyat tərzini başqalarına göstərməklə şöhrət sahibi olmaq istəyirlər. Əlbəttə, bu yaxşı deyil. Çünki günlərini bu gün nə paylaşsam, bu gün nə etsəm daha çox bəyənənim olacaq? sualları onları artıq robotlaşdırır. Sadəcə bəyənən olsun deyə etmək istəmədiklərini belə edirlər. Artıq bu, psixikanın pozulmasına gətirib çıxarır və sosial dünyanın azadolunmaz əsirlərinə çevrilir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp 'a çoxdandır gözlənilən yenilik gəldi

Facebook’un artıq tamamilə ödənişsiz olaraq təqdim etdiyi mesajlaşma platforması WhatsApp, önəmli ..


Whatsapp Beta proqramını başlatdı

Whatsapp Facebook\'un digər proqramları olan Messenger, İnstagram kimi rəsmi olaraq beta proqramları..


Instagram iki pilləli təhlükəsizlik sisteminə keçdi

Facebook’un sahibi olduğu populyar foto-sosial şəbəkə olan Instagram, nəhayət iki pilləli təsdiqlə..


Facebook Messenger 'ə möhtəşəm yeniliklər gəlir!

Facebook’un uzun zamandır ayrı olaraq istifadə etdiyimiz populyar mesajlaşma servisi Messen..


İnstagrama multiple hesab dəstəyi gəldi!

Facebook’un sahibi olduğu populyar foto-sosial şəbəkəsi Instagram, multiple hesab dəstəyi haqqında r..


Instagram 'a çox yaxında bir neçə hesab özəlliyi gələcək!

Sosial mediyanın nəhəngi olan Facebook’un sahibi olduğu populyar platformalardan Instagram, ən çox t..

×