main-post-cover

    Facebook istifadəçilərinə pul qazandıracaq, paylaşım edin və qazanın.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook paylaşımlarınızdan pul qazanmaq istərdinizmi? Elə isə bu xəbər sizə görədir.


    Demək olar ki, bütün günümüz facebookda keçir, müxtəlif paylaşımlar edirik, izləyicilərimiz üçün faydalı məlumatlar yerləşdiririk yaxud hər hansısa xəbəri, fikirlərimizi bölüşürük. Belə bir vəziyyətdə paylaşdığımız məlumatlar izləyicilərimiz və dostlarımız tərəfindən bəyənilir, fikirlər yazılır. Bəs bu paylaşımlardan pul qazanmaq istərdinizmi? Tam rəsmi məlumat olmasa da The Verge'də yayılan bu xəbər facebook istifadəçilərini sevindirməyə bilməz. 
     
    Anket məlumatlar toplanılır.
    The Verge'də yer alan bir xəbərə görə Facebook reklam yayımlayanlarla yanaşı, istifadəçilərinə də pul qazandırmaq niyyətindədir. Ortaya çıxan facebook anketlərinə görə, sözü gedən şirkət bəzi təsdiqlənmiş profilə sahib insanlar arasında sorğu aparır. Aparılan bu sorğuya görə istifadəçilərin hansı fəaliyyətlərə görə facebbok'dan pul qazanmalarının münasib olduğu öyrənilir.

    Hansı metodlarla facebookdan pul qazana bilərik.
    Sorğu zamanı verilən anketdə bəzi seçimlər yer alırdı. Bu seçimlərə, izləyicinin paylaşımını oxuduğu və bəyəndiyi şəxsə bəxşiş ödəməsi, brendlərin sponsorluğundan göndərilən məbləğlər, bəxşiş düyməsi və satın almaq düymələri yer alıb. Görək qarşıdakı, müddət ərzində bu mövzuda hansı xəbərlər ortaya çıxacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər