

"Facebook", xəbər lentinə yenilik əlavə etməyə hazırlaşır. Gün keçdikcə funksionallığını artıran sosial platforma indi də istifadəçilərinin xəbər seçimində işini asanlaşdırmaq istəyir.
Sosial şəbəkə vasitəsilə insanlar bir çox xəbər
və yeniliklərdən agah olmaqla bərabər, təstiqini tapmamış məlumatlarla da az
rastlaşmırlar. Bu xəbərlərin yalan və ya uydurma olması isə istifadəçiləri
narahat etməklə bərabər, çoxlu müzakirələrə də səbəb olur. Bunu nəzərə alan "Facebook" şirkəti artıq xəbər lenti ilə bağlı yaranan problemləri həll etmək
üçün Feed Quality tətbiqini istifadəyə verəcək. Tətbiqi istifadə edən istifadəçi
xəbər lenti və məqalələrə 1 və 5 arasında dəyərləndirmələr edəcəklər. Bundan
əlavə hər istifadəçinin marağına uyğun xəbər lenti səhifədə önə çıxacaq. Hələ ki, beta mərhələsində olan tətbiqin tezliklə istifadəyə verilməsi gözlənilir.
Şərh yoxdur