main-post-cover

    "Facebook"un bu təklifi də rədd edildi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook hər keçən gün yeniliklər etsə də Snapchat-ı əldə etmək arzusu reallaşmadığı üçün dərin narahatlıq keçirir. "Facebook"un CEO-su Mark indi də Asiyanın Snapchatı olaraq tanınan Snow-u almaq niyyətindədir.

    Facebook nə qədər məşhur sosial şəbəkə olsa da "Snapchat”ı ala bilməməsi onu narahat etməkdə davam edir. Belə ki, Snapchat artıq 25 milyard dollarlıq şirkətdir. Bu isə Facebook üçün böyük təhdid hesab oluna bilər. "Facebook”, "Snapchat”ı ala bilmədiyi üçün onun bir çox xüsusiyyətlərini Instagram üzərində sınaqdan keçirir. Bundan əlavə "Facebook”, "Snapchat”ın Asiya nümunəsi olan Snow-u almaq üçün artıq ilk təklifini edib. "Snapchat”dan fərqli olaraq Asiyada Snow daha məşhurdur. Snow-un sahibi həmçinin Line adlı mesajlaşma tətbiqinin də sahibi Cənubi Koreya şirkəti "Naver"dir. Verilən məlumata görə Mark, "Naver”in sahibləri ilə şəxsən əlaqə saxlayıb və şirkəti almaq üçün çox yüksək məbləğ təklif edib. Amma rədd cavabı alıb.
    Əslində belə olması çox məntiqlidir. Çünki şirkət Uzaq Şərqdə olduqca populyardır və gələcəkdə Facebook üçün çox ciddi təhlükə ifadə edir. Bir tərəfdən Snapchatla rəqabət aparan Facebook, indi də Snow ilə mübarizə aparmalıdır.
    Linki kopyala