main-post-cover

    "Facebook"un işə qəbul zamanı verdiyi qeyri-adi suallar

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
    "Facebook”, işçilərinə ən yaxşı maaş verən və şərait yaradan şirkətlərdən biridir. Amma şirkət işə götürərkən də bu seçiciliyini qoruyur. Maraqlısı isə odur ki, müsahibə suallarının çoxunun konkret cavabı yoxdur. Burda əsas məqsəd işə götürüləcək şəxsin yaradıcılıq qabiliyyətini ortaya çıxarmaq və problemlərin həllində hakimiyyəti necə ələ almasını yoxlamaqdır. Beləliklə, bu suallarla yaxından tanış olaq.
    1. 100 mərtəbəli bir binada əlində bir-birinin eynisi olan 2 ədəd yumurta var. Məqsəd yumurtanı hansı mərtəbədən atdıqda yumurtanın qırılmadan qala biləcəyini tapmaqdır. Bu 2 yumurtanı istifadə edərək kritik təbəqəni tapmaqdır.
    2. Əgər bir ATM-ni sıfırdan dizayn etsəydiniz, nə edərdiniz? Nələri dəyişdirərdiniz?
    3. Bütün Facebook-da ümumilikdə bir gündə nə qədər ad günü postu edilir?
    4. Seattle-dəki bütün pəncərələrin şüşəsini təmizləmək üçün nə qədər pul tələb edərdin?
    5. Səni işə götürsək, ilk iş günü nə edərdin?
    6. Vebsite necə işləyir, bunu açıqla (bütün açıqlama bundan ibarətdir)
    7. Bütün Amerikada neçə tozsovuran var?
    8. Sənin tapdığın naqilsiz şəbəkədə insanların online video izləməsinin qarşısını necə ala bilərsən? Şəbəkənin idarəçisi sən deyilsən və hər cür naqilsiz olanlar da icazəlidir.
    9. Bir rus qruplaşma tərəfindən qaçırılırsınız. 6-lı dönən maqazinə arxa-arxaya 2 güllə yerləşdirilir, maqazin çevrilir və atəş açılır. "Klik” …Boş yerə dəng gəlir. Təkrar atəş etmədən əvvəl maqazini təkrar çevirərsiniz yoxsa çevirməzsiniz? Hər iki vəziyyətdə vurulma ehtimalını deyin.
    10. Keçmişinizdə ən az qürurlandığınız şey nədir?
    11. "Facebook" sahib olduğu bütün data və məlumatlara sahib olduğunuzu düşünün…Nə edərdiniz?
    12. Səncə son 20 ilin ən yaxşı kəşfi nədir?
    13. Əlində sənə aid olmayan 100 ədəd kredit kartı var. 24 saat içində, sadəcə online əməliyyat keçirərək, ən çox pulu necə qazanarsan? (Təbii ki, tutulmama ehtimalınızı nəzərə almasaq)
    14. 25 yarış atın və 5 parkur var. Xronometrə yoxdur. Ən sürətli atı, ən az yarışı düzəldərək, necə təyin edə bilərsiniz?
    15. Bir hesabın fake olub-olmadığını başa düşmək üçün hansı yollardan istifadə edə bilərsiniz?
    16. Bir şəhərə gedirsən və getmədən əvvəl o şəhərdə yaşayan 3 dostunla əlaqə saxlayırsan. Yağış yağır? Şəmsiyyə gətirməliyəm? deyə soruşursan. Hamısı 1/3 ehtimalla yalan deyə bilər. Üçü də sənə yağış yağır deyir. Orda doğrudan yağış yağma ehtimalı nə qədərdir?
    17. İnternetdə nə qədər pul xərclənir?
    18. Bir heyvan olsaydın hansı olmaq istəyərdin? Niyə?
    Siz bu suallara necə cavab verərdiniz?
    Linki kopyala