main-post-cover

    Facebookun keçmiş işçisindən Facebook Live-a rəqib canlı yayın tətbiqi : Alively

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Son vaxtlarda olduqca populyar hala gələn canlı yayın tətbiqlərinə bir yenisi daha əlavə edildi. Alively adı ilə hələki sadəcə iOS üçün AppStore-da yerini alan tətbiq, hərkəsə açıq canlı yayın etməyinizə icazə verir.

    Facebook Live-ın keçmiş məhsul idarəçisi Vadim Lavrusik-ində daxil olduğu üç ortaq tərəfindən hazırlanan mobil tətbiq, dostlarınıza anlıq canlı yayınlar edə bilməyinizə kömək edir.
    İstifadəçilər seçilmiş bir dostları və ya bir qrup üçün canlı yayın edə bilir. Yüksək keyfiyyətli videolar çəkən Alively-də canlı yayınlarda şərhdə yazmaq mümkündür. Bundan əlavə hər hansısa bir əlaqə metodu yoxdur və bu da tətbiqin daha sadə olmasına köməkçi olur.
    Alively ilə etdiyiniz canlı yayınları telefonunuzun yaddaşında saxlaya biləcəyiniz kimi, Alively-nin serverlərinə də yükləyərək videoların telefonunuzda yaddaş azlığı yaratması problemini həll edə bilirsiniz. Baxaq görək Alively axtardığı uğuru əldə edərək, digər ölkələrə də xidmət göstərib, Android platformasına da bir tətbiq hazırlayacaq qədər böyüyə biləcək mi?
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər