main-post-cover

    Facebook\'un qadağan olduğu ölkələr və səbəbləri

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook'un qadağan olduğu ölkələr və səbəbləri
     
     
    Bu gün sosial şəbəkələrin əsas kütləsini özündə birləşdirən facebook bir çox insanların ayrılmaz həyat parçasına çevrilib. Facebook vasitəsilə insanlar rahat ünsiyyət qururuq, maraqlı məlumatlar oxuyuraq, bir sıra prosesləri yerinə yetiririk. Dünyada ideologiyaların və siyasi maraqların fərqli olması facebook'a da öz təsirini göstərib. Aşağıda qeyd etdiyimiz ölkələrdə müəyyən səbəblərə görə facebook ya qadağan olub, ya ad istifadəsi xeyli məhdudlaşdırılıb. Beləliklə həmin ölkələri təqdim edirik.
     

     
    1. Şimali Koreya. Öz sirlərini gizlətməyi bacaran bu ölkədə nəinki facebook, həmçinin internet işlətiminə hamımızın sevimlisi olan Kim Jong-un və onun ətrafındakı bəzi insanların hüququ var. Son vaxtlar bir qədər inkişaf etməyi bacaran Şimali Koreya artıq xarici qonaqlara 3g xidməti verə bilir.  Əhalinin böyük hissəsi isə internet işlətmir. Görünür, diktatorumuzun fikrincə internetin olmaması əhalini daha xoş edir.
     

     
     
     
    2. Çin. Hamımız bilirik ki, Çində facebook qadağan olunub. Facebook ilk dəfə olaraq İyul 2009'da blok olunub. Səbəbi siyasi faktorlarla bağlıdır. Belə ki, Xinjiang aktivistləri hökumətə protestə edərək facebook'dan geniş istifadə edirdilər. Onlar işlərini,fəaliyyətlərini və planlarını facebook vasitəsilə tənzimləyirdilər. Bunun nəticəsi kimi hakim partiya olan kommunistlər ölkədə internet nəzarətini öz əllərində saxlayırlar, bir çox yazı və postları silirlər. Nəzərə alsaq ki, alternativ yollar ilə qadağan olması rejimində belə facebook'a girmək mümkündür. Buna görə də kommunistlər daima nəzarət etməyə çalışırlar. 
     
    Texniki olaraq, sentyabr 2013'də ban götürülmüşdür, ancaq məhdud şərtlər ilə. Şanxayda bəzi ticarət sahələrini və xarici investorların yaşadığı məkanları çıxsaq, əhali hələ də tamamilə banın aradan götürülməsini gözləyir. 
     


     
    3. Banqladeş. Banqladeşdə ban və səbəbləri digər yuxarıdakı 2 ölkədən biraz fərqlənir. Səbəbi həm siyasi xarakterlidi, həm də dini. Banqladeşdə 2010'cu ildə ilk qadağa olmuşdur. Məhəmməd peyğəmbərin və ölkə liderlərinin bəzilərinin satirik şəkillərinin yüklənməsi bəzi şəxslərin həbsinə və facebook'un 1 həftəlik qadağasına səbəb oldu. Qadağa şəkillərin tamamilə silinməsi ilə bağlı olaraq 1 həftə davam etdi. Hal-hazırda rəsmi ve leqal qadağa olmasa da, nəzarət çox güclüder. Çox güman ki, yenidən satirik şəkillərin yüklənməsi qadağa səbəb ola bilər.
     
     

     
     
    ardı var
    Linki kopyala