
"Facebook"un qara bazardan oğurluq şifrələr alması məsələsinə açıqlama gəldi!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook-un öndə gələn nümayəndələrindən biri olan Alex Stamos, şirkətin niyə oğurlanmış şifrələr alması məsələsinə aydınlıq gətirib.
"Facebook" CSO-su Alex Stamos, Portuqaliyada
keçirilən tədbirdə çox vacib məqama aydınlıq gətirib. Belə ki, Alex saytın
günlük 1.3 milyard istifadəçisinin olduğunu və buna görə də saytın təhlükəsizliyini
təmin etməyin çox çətin olduğunu açıqlayıb. Onun sözlərinə görə oğurluq şifrələrin
alınmasında məqsəd təhlükəsizliyi təmin etməkdir.

Əvvəlki illərdə "Yahoo"da çalışan Stamos,
insanların, şifrələri müxtəlif yerlərdə istifadə etdiyini və bu isə gələcəkdə onların
məlumatlarının təhlükə altına düşməsinə səbəb olacağını bildirib. Belə olan
halda "Facebook" qara bazarda satılan oğurluq şifrələri alaraq onları öz məlumat
bazasındakı hesab şifrələri ilə qarşılaşdırır və təhlükəsizlik problemi olan şəxslərə
xəbərdarlıq mesajı göndərilir.
Təhlükəsizlik məsələlərinin insanlar üçün
vacib olduğunu anlayan "Facebook", bir müddət əvvəl WhatsApp üçün də pilləli təstiq
etmə xüsusiyyətini istifadəyə vermişdi.
Linki kopyala
Həftənin xəbərləri

