main-post-cover

    "Facebook"un şirkətlər üçün yeni funksiyası yola çıxmağa hazırdır

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Facebook” son iki ildir "Slack” ilə rəqabət edəcək bir məhsul üzərində işləyir. Çıxan yeni bir xəbərə görə, bu məhsul istifadəyə hazır bir hala gəlib və yaxın zamanda təqdim ediləcək.

    "Slack”, xüsusilə şirkətlər və komandalar arasında olduqca məşhur bir mesajlaşmaplatformasıdır. İşçilər fərqli söhbət kanallarından bir-birləri ilə məhsuldar formada əlaqə saxlaya bilirlər. Bu platformanın uğuru oxşar fərqli seçimlərin də ortaya çıxmasına vasitəçi olur. Bunların arasına son olaraq "Facebook”dan yeni bir məhsul qatılacaq kimi görünür. Sosial Şəbəkənin bir müddətdir hazırlamaqda olduğu platformanın test versiyasının indiyə qədər 450 şirkət tərəfindən istifadə edildiyi də bildirilir.
    "Facebook at Work”, yəni İşdə Facebook adını daşıyan bu platformanın testlərinə 2015-ci ildə başlanılmışdı. "Facebook”, "Şotlandiya Kralı Bankı” kimi minlərlə işçisi olan böyük müştərilərlə, bu servisin istifadəsi üçün razılığa gəlmişdi. Servis çərçivəsində Facebook Qruplar, Messenger, səsli və görüntülü mesajlaşma, sosial şəbəkə hesabları, eventlər, canlı video funksiyası kimi xüsusiyyətlərdən də istifadə etmək olur. Facebook at Work servisinin ödənişsiz olub-olmayacağı bilinmir. "Slack”ın isə həm ödənişsiz həm də ödənişli seçimləri mövcuddur.

    "Technote.az”ın "Theinformation” saytına istinadən verdiyi xəbərə görə, Facebook at Work-un gələn ay hərkəs üçün istifadəyə veriləcəyi iddia edilir. "Facebook”, aktiv istifadəçi başına aylıq qiymət təyin edəcək. Hər böyüklükdəki şirkət isə servisi, ödəniş etməzdən əvvəl pulsuz yoxlaya biləcək. Təbii ki, bu sadəcə iddiadır.
    Facebook at Work üçün açılmış olan bu xüsusi səhifədən bu servisin necə istifadə ediləcəyini və nə kimi üstünlüklər təklif etdiyini görə bilər, servis haqqında daha çox məlumat ala bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər