main-post-cover

    Facebook\'un yeni çox funksiyalı "Bəyən" düyməsi! Qarşılayın!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook CEO’su Mark Zuckerberg’in istifadəçilər tərəfindən olduqca istənilən bir "Bəyənmə” düyməsi üzərində işlədiyini Sentyabr ayında təsdiqlədiyi hamıya məlumdur. Nəhayət bu düymə ilə bağlı ilk görüntülər ortaya çıxdı. Zuckerberg’in vurğuladığı kimi bu düymə "Bəyənmə”dən çox daha gözəl olmuş və artıq istifadəçilərə birdən çox hissiyatı ya da Facebook deyimiylə "Reaksiyanı” seçə bilmə şansı verilib. Facebook’un yeni emoji əsaslı düymələrində təbii ki, "Bəyən” variantı ən öndə gələrkən, bu variantlara sevgi, gülmə, xoşbəxtlik, təəccüblənmə, üzülmək və hirslənmək kimi animasiyalı əlavə emojilər də daxildir. Bu xüsusiyyətin istifadəsi isə həm profil, həm də sahifələrdə klassik "Bəyən” düyməsi üzərinə gəldiyinizdə açılan menyudan istədiyiniz reaksiyanı seçmək şəklində olacaq.
    fbreactions700
    "Reaksiyalar” bugündən başlayaraq İrlandiya və İspaniyadakı bəzi istifadəçilərə təqdim olunacaq. Digər tərəfdən də bu özəlliyin nə vaxt bütün istifadəçilərə təqdim olunacağı isə hələlik bilinmir. Ancaq yaxın zamanlarda hər kəs profilində bu emojiləri görə biləcək. Görək bu xüsusiyyət istifadəçilər tərəfindən necə qarşılanacaq. 

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər