Facebook 'un yeni çox funksiyalı "Bəyən" düyməsi! Qarşılayın!

Facebook 'un yeni çox funksiyalı "Bəyən" düyməsi! Qarşılayın!

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Facebook CEO’su Mark Zuckerberg’in istifadəçilər tərəfindən olduqca istənilən bir "Bəyənmə” düyməsi üzərində işlədiyini Sentyabr ayında təsdiqlədiyi hamıya məlumdur. Nəhayət bu düymə ilə bağlı ilk görüntülər ortaya çıxdı. Zuckerberg’in vurğuladığı kimi bu düymə "Bəyənmə”dən çox daha gözəl olmuş və artıq istifadəçilərə birdən çox hissiyatı ya da Facebook deyimiylə "Reaksiyanı” seçə bilmə şansı verilib. Facebook’un yeni emoji əsaslı düymələrində təbii ki, "Bəyən” variantı ən öndə gələrkən, bu variantlara sevgi, gülmə, xoşbəxtlik, təəccüblənmə, üzülmək və hirslənmək kimi animasiyalı əlavə emojilər də daxildir. Bu xüsusiyyətin istifadəsi isə həm profil, həm də sahifələrdə klassik "Bəyən” düyməsi üzərinə gəldiyinizdə açılan menyudan istədiyiniz reaksiyanı seçmək şəklində olacaq.

fbreactions700


"Reaksiyalar” bugündən başlayaraq İrlandiya və İspaniyadakı bəzi istifadəçilərə təqdim olunacaq. Digər tərəfdən də bu özəlliyin nə vaxt bütün istifadəçilərə təqdim olunacağı isə hələlik bilinmir. Ancaq yaxın zamanlarda hər kəs profilində bu emojiləri görə biləcək. Görək bu xüsusiyyət istifadəçilər tərəfindən necə qarşılanacaq. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Whatsapp 'a çoxdandır gözlənilən yenilik gəldi

Facebook’un artıq tamamilə ödənişsiz olaraq təqdim etdiyi mesajlaşma platforması WhatsApp, önəmli ..


Whatsapp Beta proqramını başlatdı

Whatsapp Facebook\'un digər proqramları olan Messenger, İnstagram kimi rəsmi olaraq beta proqramları..


Instagram iki pilləli təhlükəsizlik sisteminə keçdi

Facebook’un sahibi olduğu populyar foto-sosial şəbəkə olan Instagram, nəhayət iki pilləli təsdiqlə..


Facebook Messenger 'ə möhtəşəm yeniliklər gəlir!

Facebook’un uzun zamandır ayrı olaraq istifadə etdiyimiz populyar mesajlaşma servisi Messen..


İnstagrama multiple hesab dəstəyi gəldi!

Facebook’un sahibi olduğu populyar foto-sosial şəbəkəsi Instagram, multiple hesab dəstəyi haqqında r..


Instagram 'a çox yaxında bir neçə hesab özəlliyi gələcək!

Sosial mediyanın nəhəngi olan Facebook’un sahibi olduğu populyar platformalardan Instagram, ən çox t..

×