"Faceook" bu dəfə "Youtube"a rəqib olmağa hazırlaşır!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Bu dəfə "Facebook", "YouTube"un bazardakı yerinə göz dikib!
Sosial media nəhəngi "Facebook" musiqi
lisenziyası üzrə vakansiya təyin edib. Bu vəzifə üçün seçilən şəxsin əsas işi musiqi etiketləri və yaradıcıları ilə
danışıqlar aparmaq olacaq. Belə görünür ki, "Facebook" internet sektorunda hər kəsin
alternativini yaradaraq liderliyi ələ almaq istəyir. Xatırladaq ki, bundan əvvəl
şirkət "Snapchat"ı almaq istədiyi haqda təklif göndərmiş və rədd cavabı aldıqdan
sonra Snapchat-ın daşıdığı funksiyaları Instagram-a bənzər şəkildə tətbiq
etmişdi.
Bildiyiniz kimi YouTube videohostinq olaraq
fəaliyyət göstərən ən böyük video şəbəkəsidir.
Bundan əlavə Beynəlxalq səsyazma
sənayesi federasiyasına görə YouTube dünyada fəaliyyət göstərən ən böyük musiqi
xidmətidir. Verilən məlumata görə dünyada 82% musiqi dinləyicisi məhz YouTube-dan istifadə edir.
Məlumdur ki, Facebook son vaxtlar video
xidmətlər üzərində daha çox aktivlik göstərir. Məsələn, "Facebook" canlı yayımla
buna bir növ ilk addım atmış oldu. Yeni təyin olunacaq əməkdaş isə Facebook-un
inkişafı üçün videohosting olaraq fəaliyyət göstərəcək.
Maraqlı məqamlardan biri də odur ki,
Facebook 2016-cı il üçün təqdim etdiyi maliyyə hesabatında "musiqi” haqda heç
bir bəndə yer verməyib. Bunun əvəzində isə daha çox "video” sözü istifadə
olunub. Belə güman olunur ki, "Facebook" video reklamlardan qazanmaq niyyətindədir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)