"Fake Call" - Saxta zəng nədir? Necə saxta zəng edilir? Hansı təhlükələr var?

"Fake Call" - Saxta zəng nədir? Necə saxta zəng edilir? Hansı təhlükələr var?

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Kiməsə zəng etmədiyiniz halda həmin adam sizin ona zəng etdiyinizi iddia edir? Nədir saxta zəng? necə edilir?

 
Son zamanlar edilən müraciətlər əsasında komandamız bir problemi ortaya çıxarıb. Beləki, bəzi istifadəçilər digər şəxslərə zəng etmədən həmin adamlara öz nömrələrindən zəng getdiyini bildirirlər və beləcə tərəflər arasında mübahisə yaranır. Saxta zəng nədir? nə üçün istifadə olunur?


 
İlkin olaraq saxta zənglər haqqında sizə məlumat verək. Android platformasında Google Play store-da mövcud olan bəzi tətbiqlərin köməyi ilə saxta zənglər həyata keçirmək olur. (məsələn:fake call ios üçün) Sözügedən tətbiqlər vasitəsilə istifadəçi həmin tətbiqlərdən istifadə etməklə, istədiyi şəxs adından yaxud nömrədən özünə zəng edir. Sizin xəbəriniz belə olamdan. Bu necə baş verir? 

"Fake Call" başqa adı ilə "Call Assistant" tətbiqi play storeda mövcuddur. Bu tətbiqi yükləyən istifadəçi tətbiqə daxil olaraq müxtəlif əməliyyatlar həyata keçirə bilər. Tətbiqin ana menyusunda sizi aşağıdakı pəncərə qarşılayır.


 
 
"Name and Number" hissəsinə sizə zəng gəlməsini istədiyiniz şəxsin ad və nömrəsini qeyd edirsiniz. "Select Phone" bölməsindən telefon modelinizi seçirsiniz. Bunun məqsədi həmin tətbiqin sizin smartfonun interfeysinə uyğun saxta zəng hazırlamasıdır. "More settings" bölməsində isə bir çox tənzimləmə həyata keçirmək mümkündür. Buradan siz, danışıq müddətin, təkrar zəng göstəricilərin nizamlaya bilərsiniz. Son olaraq "Save" düyməsinə basıb, gələcək zəngin vaxtın təyin edirsiniz. Məsələn, 10 saniyə. 10 saniyə sonra sizə qeyd olunan ad və nömrədən zəng gəlir.


 
Təbii ki, zəng saxta olduğundan qarşı tərəfin telefonundan belə bir zəng olmur və operatorların stansiyalarına bu haqda məlumat ötürülümür. Sadəcə saxta formada özünüzə zəng edirsiniz. Bəs bu zaman nələr baş verir? Bunun nəyi pisdir? deyirsinizsə o zaman aşağıda yazılanları diqqətlə oxuyun.

Saxta zəng hazırlanan zaman real olaraq sizin "call log" yəni, zənglər tarixcəsinə həmin nömrədən gələn zəng qeyd olunur. Siz isə bunu "screen" edib qarşı tərəfə göstərəndə problem yaranır. Keçən ay baş verən bir hadisə zamanı istifadəçilərimizdən birinə başqa nömrədən zənglər gəlirdi və israrla həmin şəxs qeyd edirdi ki, siz mənə zəng edirsiz hər gün dəfələrlə. İnanmırsızsa ekran çəkimlərin göndərmişəm whatsapp\'a. Istifadəçimiz isə zəng etmədiyi halda öz nömrəsindən necə zəngin getdiyinin şokunu yaşayırdı. Sonra məsələ böyüdü və gərginlik həddinə çatdı. Belə hallarda operatorlara müraciət edib zəng tarixcəsin araşdırmaq ən yaxşı çıxış yoldur. Sözü gedən saxta zənglərdən bəzi dırnağarası oğlanlar, xanımları bezdirmək üçün istifadə edirlər. Artıq bir neçə istifadəçimiz bu vəziyyətdən şikayət ediblər. Bu kimi hallar baş verdikdə dərhal bizimlə əlaqə yaratmağınız yaxud operatorlara müraciət etməyiniz məsləhət olardı. Ümid edirik bu yazımız sizlər və dostlarınız üçün faydalı oldu. Daha çox insanın məlumat alması üçün xəbəri paylaşsaz bizə kömək etmiş olarsınız. 

Təşəkkür edirik.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×