main-post-cover

    Falcon 9 raketinin partlaması nəticəsində Mark Zükerberq zərər çəkdi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    1 Sentyabr tarixində start meydançasında Falcon 9 raketi partladı. Hadisə raketin alovlu sınaqları zamanı yanacaq doldurma prosesi anında baş verib.

    "SpaceX” şirkətinin CEO-su İlon Mask (Elon Musk) öz Twitter hesabında qeyd edib ki, hadisə raketdə olan oksigen bakında yaranmış nasazlıq nəticəsində baş verib. "Technote.az”ın "Techcrunch.com”a istinadən verdiyi xəbərə əsasən nəticədə raket və İsrail istehsalı Amos-6 peyki məhv olublar. Qeyd edək ki, "Facebook” Amos-6 peykini "Internet.org” layihəsi çərçivəsində Afrika ölkələri üçün internetin paylanması məqsədilə istifadə edəcəkdi. "Facebook”un CEO-su Mark Zükerberq (Mark Zuckerberg) hadisə ilə bağlı çox üzgün olduğunu qeyd edib.

     
    Hadisənin baş verdiyi ərəfədə Mark "Free Basics” layihəsinin inkişafı üçün Afrikaya yollanmışdır. Qeyd edək ki, sözgedən layihə mobil cihazlarda məşhur internet servislərə pulsuz girişi təmin edəcək. Mark qeyd edib ki, Falcon 9 raketinin partlamasına baxmayaraq inkişafda olan ölkələri internet şəbəkəyə qoşmaq üçün şirkət digər texnologiyalara sahibdir. Buna misal olaraqAquila adlı internet dronu gətirmək olar. Şirkət artıq hıəmin dronun test uçuşlarına start verib. Falcon 9 Amos-6 peykini 3 Sentyabr tarixində Yer kürəsinin orbitinə çatdırmalı idi. Raketin partlaması ilə bağlı videolar artıq internetə yayılıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər