Falcon 9 raketinin yeni test uçuşu keçirildi (VİDEO)

08.05.2017 0 PAYLAŞIM 5259 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"SpaceX”in növbəti uçuş testi uğurla yekunlaşıb.

Daxilində Iridium NEXT peyklərini daşımış Falcon 9 ağır raket daşıyıcısı Vandenberq (Kaliforniya ştatı) hərbi hava kosmodromundan start götürmüşdür. Bu uçuş testi, Falcon 9-un keçən il 1 Sentyabr tarixindəki uğursuz uçuşundan sonrakı ilk testidir. Uçuş, 14 Yanvar tarixində 12:54-də (ABŞ vaxtı ilə) start götürmüşdür. Startdan 8 dəqiqə sonra raketin birinci pilləsi, Sakit okeanındakı platformaya uğurlu eniş etmişdir. Qeyd etmək lazımdır ki, ABŞ-ın "Iridum Communications” şirkəti, Falcon 9 ilə kosmosa yeni nəsil Iridium peyklərini göndərməyi planlaşdırır. Növbəti bir neçə il ərzndə şirkət, orbitə, Falcon 9 vasitəsilə 10-larla bu cür cihazlar göndərməyi düşünür.