Fallout 4

Fallout 4

08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Bethesda Softworks şirkətinin E3 2015 oyun sərgisi çərçivəsində keçirtdiyi press-konfrans zamanı maraqlı sürprizlər oldu. DOOM, Dishonored 2 və The Elder Scrolls: Legends oyunları hamının marağına səbəb oldu. Lakin həmin konfransda iştirak edən insanları yalnız bir oyun maraqlandırırdı. Həmin oyun Fallout 4 idi. Oyunu təqdim etmək üçün Todd Howard özü şəxsən səhnəyə təşrif buyurmuşdu. Fallout 4-ün maraqlı xüsusiyyətlərindən biri onun süjet xətdinin nüvə müharibəsindən sonra deyil, ondan əvvəl başlamasıdır. Səhər tezdən oyunun baş qəhrəmanı hamam otağında yerləşən güzgünün qabağında dayanır. Məhz burada oyunçular baş qəhrəmanın simasını yarada biləcəklər. Baş qəhrəmanın arxasında onun həyat yoldaşı dayanır. Həmin iki personaj arasında seçim etmək mümkündür. Bir müddətdən sonra Vault Tech-in işçisi baş qəhrəmanın evinə gələrək bunkerdə ailənin yaşayacağı evin hazır olduğunu bildirir. Bu zaman oyunun S.P.E.C.İ.A.L. sistemi işə düşür. 
 
 
Bütün bunlara baxmayaraq nüvə müharibəsi qaçılmazdır. Nüvə müharibəsindən sonra baş qəhrəman yaranmış yeni dünyada sağ qalmağa çalışmalıdır. Fallout 4-də Bethesda crafting sisteminə xüsusi diqqət yetirib. Oyunda lazımsız əşya deyilən bir şey olmayacaq. Məişətdə hər bir əşya istifadəyə yararlı olacaq. Oyunçu istənilən silahı istənilən cür yığa biləcək. Əraziləri düşmənlərdən xilas edəndən sonra həmin ərazilərdə evlər, hətda kiçik şəhərciklər tikmək imkanı olacaq. Təbii ki, digər düşmənlər həmin ərazilərə hücum edəcək. Həmin düşmənlərdən qorunmaq üçün ərazinin müxtəlif yerlərinə pulemyotlu robotlar, od püskürən qurğular və s. quraşdırmaq mümkün olacaq. Oyunda həmçinin Power Armor adlı geyim olacaq. Həmin geyim hərəkət edən tanka bənzəyir. Power Armor reaktiv jiletin malik olduğu xüsusiyyəti özündə daşıyacaq. Beləliklə oyunçular həmin geyimdə qısa bir müddət də olsa göydə uçmaq imkanını əldə edəcəklər. Yaddan çıxartmaq lazım deyil ki, oyunçu tək-tənha qalmayacaq. Onun yanında həmişə sadiq iti olacaq.
 
 
Todd Howard pip-boy adlı əl kompüterini də yaddan çıxartmadı. Yeni pip-boy bir sıra yeni funksiya əldə edib. Oyunda pip-boy üçün oyun kartricləri olacaq. Oyunçu istənilən vaxt kartrici pip-boya taxaraq Donkey Kong tərzində oyun oynaya biləcək. Qeyd edək , istənilən oyunçu İOS və Android platformalı telefonuna pip-boy app-ı yükləyə biləcək. Bundan əlavə olaraq Bethesda Fallout Shelter adlı mobil oyununu da anons etdi. Fallout Shelter görünüşcə This War of Mine oyununa bənzəyir. Mobil oyunda oyunçular öz şəxsi bunkerlərini idarə edəcəklər. Bunkerdə qalan insanları təhlükəli missiyalara göndərməklə yanaşı oyunçu həmdə bunkeri təhlükəli hücumlardan qorumalı olacaq. İstəyən hər kəs Fallout Shelter oyununu artıq pulsuz yükləyə bilər.
 
 
Çıxış tarixinə gəldikdə isə Fallout 4 10 Noyabr 2015-ci il tarixində satışa çıxacaq. Oyunun Pip-Boy Edition versiyasını pre-order edən oyunçular pip-boyu əldə edəcəklər. Həmin pip-boyun maraqlı xüsusiyyəti ondadır ki, ona smartfon yerləşdirmək mümkün olacaq.
 

 


 

Bənzər xəbər




Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


The Game Awards 2015 tədbirinin qalibləri bəlli olub.

The Game Awards 2015 tədbirinin təşkilatçıları 2015-ci ilin ən yaxşı oyunlar siyahısını təqdim ed..


Batman haqqında daha bir oyun

The Walking Dead, The Wolf Among Us, Tales from the Borderlands kimi oyunlar ilə məşhurlaşan Telltal..


Far Cry Primal oyununun ilk gameplay videosu

Ubisoft şirkəti The Game Awards 2015 tədbiri çərçivəsində Far Cry Primal oyununun ilk gameplay video..


Psychonauts 2 anons olunub

Bugün səhər keçirilmiş The Game Awards 2015 tədbiri çərçivəsində amerikalı game-dizayner Tim Schaf..


Görünür Onimusha seriyası geri qayıdır

Görünür Capcom şirkəti fanatların xahişlərini qəbul edərək bir vaxtlar onların sevdikləri samuray..


PlayStation Experience 2015 tədbirində Ace Combat 7 anons oluna bilər

Gələn həftə keçiriləcək PlayStation Experience 2015 tədbirində PS4 üçün Ace Combat 7 oyunu anons o..

×