"Fantastic Beasts & Where to Find Them"
Digər
07.05.2017
Farid Pardashunas
Warner Bros. kinostudiyası David Yates ilə birlikdə "Fantastic Beasts & Where to Find Them" filminin baş rolları üçün nəzərdə tutulmuş namizədlərdən ibarət kiçik siyahını təqdim ediblər. Siyahıda Saoirse Ronan, Dakota Fanning, Lili Simmons, Alison Sudol kimi aktrisaların adları keçir. Həmin aktrisalar Tina obrazı üçün seçmələrdən keçəcəklər.
Tina-nın böyük bacısı Queenie obrazı üçün isə Kate Upton, Katherine Waterston, Elizabeth Debicki kimi aktrisalar seçmələrdən keçəcəklər. Bundan əlavə baş qəhrəmanın rəqibi olacaq Jacob obrazı üçün Steve Zissis, Zack Pearlman və Dan Fogler öz şanslarını yoxlayacaqlar. Hələ ki, bu personajların film üçün necə bir əhəmiyyət daşıdığı haqqında məlumat yoxdur.
Daha əvvəl Eddie Redmayne-a filmdə baş qəhrəmanı canlandırmaq təklifi edildiyi haqqında xəbər yayılmışdı. Lakin bu xəbər hələki rəsmi olaraq təsdiqlənməyib. Qeyd edək ki, filmdə Harry Potter və dostlarının Hogwarts məktəbində öyrəndikləri Fantastic Beasts & Where to Find Them kitabının müəllifi Newt Scamander-in macəralarından bəhs olunacaq. Filmdə hadisələr "Harry Potter" film seriyasındakı hadisələrdən 70 il əvvəl baş verəcək. J.K.Rowling filmin ssenarisini özü hazırlayacaq. "Fantastic Beasts & Where to Find Them" filminin premyerası 18 Noyabr 2016-cı il tarixi üçün nəzərdə tutulmuşdur.
www.technote.az

Linki kopyala
Həftənin xəbərləri